
“Sabotaj deyil”
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
17 ölü, 21 yaralı
5 ölü
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Almaniya polisi şahid axtarır
Sağlamlıq xəstəliyi artıq bir ideologiyaya çevrilib və idarəolunmaz yerə gedir
76 nəfər öldü
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Qəzada 4 nəfər öldü
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Sərnişinlər qanaddan üstünə atılıb qaçdılar
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Lent.az xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun «Nərimanov» stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi «Daewoo» markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.
Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin bağlanmaması da üzə çıxıb.
O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.