Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
22:09 | 29 aprel 2018 | Bazar
Məqaləyə 2131 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı Amerikanın xüsusi prokurorunun təhqiqatında yer alan kiçik Donald Trampla rusiyalı iş adamı Emin Ağalarov arasında silsilə yazışmaların ilkləri 2016-cı ilin prezident seçkilərindən iki gün sonra göndərilib. Virtualaz.org xəbər verir ki, bu barədə özəl mənbəyinə istinadən “BuzzFeed News” nəşri yazıb.
Yazışma ən azı 2016-cı ilin dekabr ayına qədər davam edib. “BuzzFeed News” qeyd edir ki, hər bir tərəfin yazışma sırasında nə qədər məlumat yollaması bəlli deyil. Nəşr əlavə edir ki, 2016-cı ilin dekabrında kiçik Trampla Emin Ağalarovun danışıqlar aparması faktı Rusiyanın müdaxiləsi haqqında ABŞ Konqresinin aprelin 27-də dərc etdiyi 250 səhifəlik məruzədə də yer alıb. “Bu, onun göstəricisidir ki, “Trampla Ağalarov arasında münasibət prezident və onun ailəsinin bildirdiyindən daha yaxın olub”, - nəşr qeyd edir.
Konqresin əvvəllər bəyan etdiyi məruzədən aydın olur ki, kiçik Tramp və musiqi prodüseri Rob Qoldstoun Ağalarovla kiçik Tramp arasında 2016-cı ilin iyun ayının 6-da telefon əlaqəsi yaratmağa cəhd ediblər. İlk zəng elə həmin gün baş tutub. Qoldstoun kiçik Trampa yazıb ki, Ağalarov “Moskvada səhnədədir, 20 dəqiqədən sonra qurtaracaq”. 21 dəqiqə sonra telefon danışığı olub. Söhbət 11 dəqiqə davam edib, belə ki, məhz bu qədər vaxtdan sonra kiçik Tramp Qoldstouna yazıb: “Rob, köməyə görə sağ ol”.
Bu telefon danışığı kiçik Trampın “Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşünə 3 gün qalmış baş tutub. Məruzədə deyilir ki, kiçik Tramp görüşdə Hillari Klintona qarşı təxribat əldə etmək istəyirdi, lakin müzakirə tez bir zamanda “Maqnitski qanunu”na keçdi ki, Rusiyanın həmin qanununa əsasən, amerikalılara rusiyalı yetim uşaqları övladlığa götürməyə icazə verilmir. Bununla yanaşı, söhbətdə ABŞ-ın Rusiya şirkətlərinə qarşı sanksiyaları da müzakirə edilib.
2017-ci ilin iyul ayında “The New York Times” yazmışdı ki, 2016-cı ildə kiçik Tramp Hillari Klintona qarşı təxribat xarakterli məlumat əldə etmək ümidi ilə Veselnitskaya ilə görüşüb. Nəşr qeyd edirdi ki, görüş müğənni və iş adamı Emin Ağalarovun xahişi ilə Rob Qoldstoun tərəfindən təşkil edilib. Qəzet iddia edirdi ki, Ağalarov təxribat xarakterli məlumatı atasından – “Crocus Group”un sahibi Araz Ağalarovdan alıb. Deyildiyinə görə, həmin məlumatı A.Ağalarov “kral prokuroru”ndan əldə edib. Nəşr yazır ki, Rusiyada belə bir vəzifə yoxdur və güman ki, söhbət baş prokuror Yuri Çaykadan gedir. Daha sonra Rusiya Baş Prokurorluğu ABŞ prezidentinin oğlu ilə Veselnitskayanın görüşünə heç bir aidiyyətinin olmadığını bildirmişdi.