vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DİASPOR  
14:37 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1863 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir az da məsuliyyətli olmaq lazımdır”

Gürcüstanlı deputat Ruslan Hacıyev: “Nərimanovun abidəsi yerində qalacaq”

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib.

Marneuli Mədəniyyət evinin qarşısındakı tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsinə etiraz ediblər.

Hətta növbəti aksiyanın keçiriləcəyi anonsu verilib. Amma hələ ki keçirilməyib.

Son günlər Gürcüstanda Azərbaycanla bağlı nələr baş verir?

Gürcü xalqı bu məsələlərə necə reaksiya verir?

Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib.

“Nərimanovun abidəsi yerində qalır, var və olacaq. O mövzuda Gürcüstan parlamentində heç bir müzakirə aparılmayıb. Gürcü və Azərbaycan xalqı hər zaman dost, qardaş olublar və bu, gələcəkdə də belə olacaq. Hər hansı bir provokasiya, yaxud da fitnə-fəsad yönümlü  mövzular təsdiqini tapmır və tapmayacaq. Bunu tam əminliklə söyləyirəm.

İki xalq arasında düşmənçilik edənlər hər zaman olub. Bizə isə bu münasibətləri qoruyub saxlamaq qalır”.

Deputat ikinci aksiyanın keçirilməməsinə də toxunub: “Aksiyalarla bağlı onu deyə bilərəm ki, təşkilatçılar tərəfindən verilən açıqlamada göstərilir ki, meriyadan icazə alınmayıb. Məhz buna görə də aksiyanın keçirilməsi təxirə salınıb. Əlbəttə, yaxşı olardı ki, aksiyanın keçirilməsini elan etməzdən öncə rəsmi qurumlardan razılıq alınsın və sonra elan edilsin. Düşünürəm ki, məsələyə bir az da məsuliyyətli yanaşmaq lazımdır”.