vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
DİASPORA  
12:02 | 24 fevral 2019 | Bazar Məqaləyə 376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xocalıya ədalət” yanğısı Vyanada

“Ermənistan insanlıq qarşısında cavab verəcək”

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 23-də Avstriya respublikasının paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azəri-Der dərnəyi birlikdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.

Vaxt.az-a verilən məlumata görə, aksiyada Azərbaycan və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə jurnalistlərin suallarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Azəri-Der dərnək rəhbəri Yardım Günəş cavablandırıb.

Əzizov bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir. Vurğulayıb ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir: “Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı”.

Fərid Əzizov çıxışının sonunda bildirib ki, Azərbaycan tarixi, əzəli torpaqlarının bütövlüyünü təmin edəcək və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə görə Ermənistanın o zamanki rəhbərliyi insanlıq qarşısında cavab verəcək.

Tədbir “Xocalıya Ədalət”, “Qarabağa Azadlıq” şuarları ilə davam etdirilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *