vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
14:46 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda 98 vicdan məhbusu var

Azərbaycanın ən çətin siyasi dövründə belə bir il ərzində bu qədər insan həbsə atılmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurasının (AŞ) insan haqları sahəsindəki standartları insanların siyasi baxışlarına görə cinayət təqibini birmənalı şəkildə qadağan edir. Virtualaz.org xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən tutulan, istintaq təcridxanasında saxlanan və ya məhkum edilərək həbsxanaya salınan, orada cəza çəkən istənilən belə adam siyasi məhbus və ya vicdan məhbusu kimi tanına bilər.

Bu və ya digər şəxsin siyasi məhbus olub-olmamasını müəyyənləşdirmək məsələsinə xüsusi diqqət yetirilməlidir. Çünki bir adamın saxlanmasının və məhkum edilməsinin əsasında doğrudan da siyasi motivlərin, yoxsa cinayət əməlinin dayandığını müəyyən etmək o qədər də asan deyil. Bu, həm də ona görə çətindir ki, bəzən ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərə onların fəaliyyəti ilə bağlı olmayan cinayət əməllərini şamil edirlər. Nəhayət, ictimai-siyasi fəaliyyətlə məşğul olan insanların heç də hamısının onlar bu fəaliyyətlə məşğuldurlar deyə cinayət təqibindən tam müdafiə imkanları (immuniteti) yoxdur.

Amma indi əsas məsələ bu da deyil. Belə düşünmək yəqin daha doğru olardı ki, bu və ya digər cəmiyyətin, dövlətin demokratikləşmə səviyyəsi orada siyasi məhbusların olması və ya olmaması faktoru ilə, habelə həmin məhbusların sayı amili ilə ölçülür. Bu məntiqdən çıxış etsək, onda belə düşünmək daha doğru olardı ki, siyasi məhbuslarının sayı müxtəlif olan ölkələr demokratikləşmənin müxtəlif səviyyəsindədir. Yaxud da belə: eyni sayda siyasi məhbusu olan ölkələr insan haqları məsələsi ilə məşğul olan beynəlxalq təşkilatlar (ya da AŞ kimi hökumətlərarası təşkilatlar, habelə «Amnesty İnternational», «Freedom House», «Human Rights Watch» kimi QHT-lər) tərəfindən özlərinə eyni cür münasibət tələb edə bilərlər.

Məlum olduğu kimi, Azərbaycan bütün bu təşkilatlar tərəfindən çoxdandır hədəfə alınıb. Səbəb siyasi məhbus sayının nisbətən çox olması bəhanəsidir. Azərbaycanda siyasi məhbus siyahısının bir neçə variantı var. Amma rəqəmlər bütövlükdə o qədər də fərqli deyil. Belə ki, bir qədər öncə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət işçi qrup siyasi məhbus siyahısı yaydı. Orada cəmi 97 nəfərin adı vardı. Özü də elə işçi qrupun özünün üzvlərinin adı da ora salınmışdı. Bunlar Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, politoloq Arif Yunus, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevdir.

Leyla Yunusun özünün bu il iyulun 8-də açıqladığı siyahıda isə 109 siyasi və vicdan məhbusu vardı. Yəni fərq elə də böyük deyildi.

Hər halda bu siyahılar Avropanın maraqlı dairələrində yayıldı. Bu da Azərbaycan hökuməti üçün arzuedilməz, amma insan haqları sahəsində yuxarıda göstərilən standartları nəzərə alanda anlaşılan reaksiya doğurdu.

Lakin burada haqlı sual yaranır: qonşu Gürcüstanda da eyni sayda siyasi məhbus olduğu halda Avropa dövlətlərinin və təşkilatlarının bu ölkəyə münasibəti niyə tamamilə fərqlidir?

Heç nə başa düşmək olmur. Elə görünə bilər ki, Azərbaycanı buna görə sərt tənqid edirlərsə, Gürcüstanı da eyni sərtliklə tənqid etmək gərəkdir. Axı standartlar hamı üçün eynidir.

Amma yox. Digər məsələlərdə olduğu kimi burada da o mənfur ikili standartlar qüvvədədir. Avropalılar bizə sanki bunu demək istəyirlər ki, «Yupiterə olar, öküzə isə yox». Bizim üçün kifayət qədər təhqiramiz vəziyyətdir. Amma belədir - ikili münasibət amili ilə üz-üzəyik. Belə vəziyyətdə nəsə eləmək də çətindir.

Əlbəttə, əgər keçmişlə, məsələn, 10 il əvvəllə müqayisə etsək, deyə bilərik ki, Azərbaycanın ünvanına səslənən tənqidlər bir qədər səngiyib. Amma bu tənqidlər Gürcüstana yönələn tənqidlərdən hələ də çoxdur.

Faktlara baxaq. Bu da Gürcüstandakı siyasi məhbus siyahısı. O, bu il tərtib olunub. Siyahıda 98 nəfərin adı var. Məlumdur ki, 2012-ci ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət qalib gəldi. Bundan sonra Mixail Saakaşvilinin lideri olduğu Gürcüstan Vahid Milli Hərəkatının üzvlərinə və tərəfdarlarına qarşı repressiyalar başladı. Nəticəsi də demokratiyaya, hüququn aliliyinə və insan haqlarına hörmət göstərilməsinə doğru sıçrayışla keçid edən bu ölkədən ötrü kədərli sayılacaq bu siyahıdır.

Virtualaz.org saytı həmin siyahını olduğu kimi təqdim edir:


1. Mixail Saakaşvili - Gürcüstanın sabiq prezidenti. Ona qarşı ittiham irəli sürülüb. Barəsində qiyabi hökm çıxarılıb.

2. Gigi Uqulava - Tiflis şəhərinin keçmiş meri. Vahid Milli Hərəkatın (VMH) yerli seçkilərdəki kampaniyasının rəhbəri. Ona ittiham irəli sürülüb. Seçkilərin II turuna 5 gün qalmış həbs olunub.

3. İvane Merabişvili - keçmiş baş nazir və daxili işlər naziri, general, VMH-nin katibi. İttiham olunub. 8 ay nəzarət altında saxlanıb. İşi Avropa Məhkəməsindədir.

4. Zurab Çaberaşvili - keçmiş səhiyyə naziri, İsveçrə və Avropa Şurasındakı keçmiş səfir. Merabişvili ilə birgə ittiham olunub.

5. Zurab Adeişvili - sabiq ədliyyə naziri. Ona qarşı da ittiham irəli sürülüb. Macarıstanda siyasi sığınacaq alıb.

6. David Kezeraşvili - keçmiş müdafiə naziri. Ona qarşı da ittiham irəli sürülüb. Fransa onu Gürcüstana verməkdən imtina edib. Fransa prokurorluğu və məhkəməsi onun cinayət təqibində siyasi motuvlər olduğunu bəyan edib.

7. Baçana Axalaya - keçmiş müdafiə və daxili işlər naziri. Ona qarşı da ittiham irəli sürülüb. Həbsxanada saxlanılır.

8. Georgi Oniani - B.Axalayanın vəkili. Ona qarşı da ittiham irəli sürülüb.

9. Aleksandr Xetaquri - keçmiş energetika və maliyyə naziri. Bəraət alıb.

10. Nika Qvaramiya - keçmiş baş prokuror və təhsil naziri. Bəraət alıb.

11. Giqa Bokeriya - prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, VMH-nin xarici əlaqələr katibi. İstintaq altındadır.

12. Zurab Jibuxaya - VMH-nin yerli bölməsinin rəhbəri. Ona qarşı da ittiham irəli sürülüb. Fevral ayında seçkilərdə iştirak etmək qərarını açıqlayandan sonra haqqında məhəkəməyə qədər olmaqla həbs-qətimkan tədbiri seçilib. İlkin həbs müddəti üç dəfə artırılıb. Seçkilərin hər iki turunda iştirak edib və müvafiq olaraq 43 və 45 faiz səs yığmaqla qalib gəlib.

13. Zurab Otiaşvili - Duşeti Şəhər Şurası sədrinin keçmiş müavini, VMH-nin yerli bölməsinin lideri. 2014-cü il seçkilərində namizəd olub. Ona qarşı da ittiham irəli sürülüb. Həbsdə saxlanır.

14. Tengiz Qunava - Sameqrelo-Zemo Svanetinin keçmiş qubernatoru, Daxili İşlər Nazirliyi Baş İnspeksiyasının keçmiş rəisi. Həbsdə olub və prezident Saakaşvili tərəfindən əfv edilib.

15. Sezar Çoçeli - Mtsxeta-Tianeti vilayətinin keçmiş qubernatoru. Ona qarşı da ittiham irəli sürülüb.

16. Şota Xizanişvili - Tiflis merinin keçmiş müavini, daxili işlər nazirinin keçmiş müavini. Ona qarşı da ittiham irəli sürülüb.

17. Nikoloz Dzimtseişvili - daxili işlər və müdafiə nazirlərinin keçmiş müavini. Ona qarşı da ittiham irəli sürülüb.

18. Kaxa Dameniya - iqtisadi inkişaf nazirinin keçmiş müavini. Ona qarşı da ittiham irəli sürülüb.

19. David Giorqadze - iqtisadi inkişaf nazirinin keçmiş müavini. Ona qarşı da ittiham irəli sürülüb.

20. Georgi Kalandadze - general, Gürcüstan Silahlı Qüvvələri (SQ) Baş Qərargahının keçmiş rəisi. Bəraət alıb.

21. Zurab Şamatava - SQ-nin IV briqadasının keçmiş komandanı. Abxaziya prezidenti Sergey Baqapşın ifadəsi əsasında məhkum edilib.

22. Devid Sakvarelidze - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

23. Koba Subeliani - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

24. Georgi Qviniaşvili - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

25. Tariel Londaridze  - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

26. Kaxa Burtsxrikidze - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

27. Paata Lejava - parlamentin VMH-dən olan deputatı. İstintaq altındadır.

28. Rusudan Kervalişvili  - parlamentin VMH-dən olan keçmiş deputatı. Ona qarşı ittiham irəli sürülüb.

29. Devid Alavidze - Tiflis merinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

30. David Ninidze - Tiflis merinin keçmiş müavini. İstintaq altındadır.

31. Mamuka Axvlediani - Tiflis Şəhər Şurasının üzvü, Tiflis merinin keçmiş müavini. İstintaq altındadır.

32. Vaxtanq Tsaqareişvili - Tiflis Şəhər Şurasının keçmiş üzvü. İstintaq altındadır.

33. Georgi Sibaşvili - Kaxetiya qubernatorunun keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

34. Kaxaber Askurava - VMH-nin Ozurgeti vilayəti üzrə bölməsinin lideri. Ona qarşı ittiham irəli sürülüb.

35. David Kakabadze - Vani Şəhər Şurasının keçmiş sədri. Ona qarşı ittiham irəli sürülüb.

36. Kaxa Getsadze - Zestafoni bələdiyyəsinin keçmiş sədri, VMH-nin yerli bölməsinin rəhbəri. Bəraət alıb.

37. Tengiz Zoidze - Kobuleti bələdiyyəsinin keçmiş sədri. Mühakimə olunub.

38. Georgi Babakişvili - VMH-nin Siqnaxidən olan üzvü. Ona qarşı ittiham irəli sürülüb.

39. Revaz Karalidze - Kobureti Şəhər Şurası sədrinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

40. Malxaz Diasamidze - Xala kəndinin keçmiş meri. VMH-nin yerli bölməsinin rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

41. Simon Parunaşvili - Adigeni bələdiyyəsinin keçmiş sədri. Mühakimə olunub. İşindən şikayət verilib.

42. Rati Tatalaşvili - Adigeni bələdiyyəsində keçmiş maliyyə xidməti rəisi. Mühakimə olunub. İşindən şikayət verilib.

43. Georgi Gelenidze - Xoni Şəhər Şurasının keçmiş sədri. Bəraət alıb.

44. Mamuka Daneliya - Martvili bələdiyyəsinin keçmiş sədri. İstintaq altındadır.

45. Quram Çalaqaşvili - elektrik enerjisi və suyun bölüşdürülməsi komitəsinin keçmiş sədri. Ona qarşı ittiham irəli sürülüb.

46. Caba Ebanoidze - Maliyyə Nazirliyi gəlirlər xidmətinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

47. Mamuka Abaşidze - Daxili İşlər Nazirliyi  Xüsusi Əməliyyatlar Mərkəzinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

48. Devid Tsxitunidze - Ədliyyə Nazirliyi Baş İnspeksiyası rəsinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

49. Georgi Qoniaşvili - Gigi Uqulavanın qaynı. Həbsdədir.

50. Vano Petriaşvili - VMH-nin hüquq şöbəsinin rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

51. Malxaz Boxua - DİN Hərbi Polis Departamenti rəhbərinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

52. David Lordkipanidze - DİN-in Konstitusiya Təhlükəsizliyi Departamentinin Kaxetiya regional şöbəsi rəisinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

53. Zviad Qriqalaşvili - DİN-in Konstitusiya Təhlükəsizliyi Departamentinin Xaşuri regional şöbəsinin keçmiş sədri. Ona qarşı ittiham irəli sürülüb.

54. Zviad Oboladze - Samtred bölgəsi polis idarəsinin keçmiş rəisi. Mühakimə edilərək şərti həbs alıb və Saakaşvili tərəfindən əfv olunub.

55. Abesalom Qurqenidze - Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyi sənaye departamentinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

56. Tamaz Mqebrişvili - Acarıstanın iqtisadiyyat və maliyyə nazirinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

57. Nikanor Melia - Köhnə Tiflis bələdiyyəsinin keçmiş sədri. 2014-cü ildə VMH-nin Tiflis meri postuna namizədi olub. Ona qarşı ittiham irəli sürülüb.

58. Devi Kandelaki - «TELASİ» elektrikpaylayıcı şirkətin direktoru. Bəraət alıb.

59. David Avaliani - Köhnə Tiflis bələdiyyəsinin keçmiş sədri. 2014 seçkilərində namizəd olub. Ona qarşı ittiham irəli sürülüb.

60. Aleksi Tabuaşvili - Tiflis meriyasında təchizat şöbəsinin rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

61. Georgi Nikoladze - Tiflis meriyasının planlaşdırma şöbəsi müdirinin keçmiş müavini. İstintaq altındadır.

62. Dmitri Çxeidze - Tiflis şəhəri Mtatsmind rayonu icra hakimiyyəti başçısının keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

63. Nodar Sanduxadze - Tiflis şəhəri Qldali rayon icra hakimiyyətinin keçmiş başçısı. İstintaq altındadır.

64. Beso Kvitsiani - Tiflis şəhəri İsani rayon icra hakimiyyəti başçısının keçmiş müavini. İstintaq altındadır.

65. Avto Sulaberidze - Tiflis şəhəri Lilo rayon icra hakimiyyətinin keçmiş başçısı. İstintaq altındadır.

66. Niko Abramişvili - Tiflis şəhəri Lilo rayon icra hakimiyyətinin başçısının keçmiş müavini. İstintaq altındadır.

67. Nikoloz Qvinianidze - Tiflis şəhəri Avçala rayon icra hakimiyyətinin başçısının keçmiş müavini. İstintaq altındadır.

68. Levan Nebieridze - Tiflis Şəhər Şurasının baş mütəxəssisi. İstintaq altındadır.

69. Zura Kikvadze - Tiflis şəhəri İsani rayon icra hakimiyyətinin şöbə müdiri. İstintaq altındadır.

70. Beka Meşvildaşvili - Tiflis şəhəri Samqori RİH-in baş mütəxəssisi. İstintaq altındadır.

71. Vaxtanq Qaqua - Tiflis şəhəri Saburtalo RİH-in baş mütəxəssisi. İstintaq altındadır.

72. Mixail Kiriya - Tiflis şəhəri Saburtalo RİH-in baş mütəxəssisi. İstintaq altındadır.

73. Mamika Beradze - Tiflis şəhəri Qldani RİH-in baş mütəxəssisi. İstintaq altındadır.

74. Aleksandr Çapxiçadze - Tiflis şəhəri Avçala RİH-in keçmiş müavini. İstintaq altındadır.

75. Georgi Darçiya - Tiflis şəhəri Nadzaladevi RİH-in keçmiş şöbə müdiri. İstintaq altındadır.

76. Valerian Qremelaşvili - Kaxetiya Regional İnkişaf Agentliyinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

77. Zaza Qudiaşvili - Tiflis şəhəri Çuqureti RİH-də dövlət qulluqçusu. İstintaq altındadır.

78. Otar Aqladze - Maliyyə Nazirliyi gəlirlər xidmətinin əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

79. Mamuka Laşxia - Maliyyə Nazirliyi gəlirlər xidmətinin əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

80. Roma Çxenkeli - Maliyyə Nazirliyi gəlirlər xidmətinin əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

81. Devid Çubinidze - DİN strateji boru kəmərlərinin mühafizəsi qrupunun əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

82. Konstantin Adamia - Poti şəhər meriyasında infrastruktur agentliyi rəisinin keçmiş müavini. Ona qarşı ittiham irəli sürülüb.

83. Gizo Xurtsiya - Poti şəhər meriyasında infrastruktur agentliyinin keçmiş rəisi. Ona qarşı ittiham irəli sürülüb.

84. Cuna Siçinava - Poti şəhər meriyasında infrastruktur agentliyinin keçmiş baş mütəxəssisi. Ona qarşı ittiham irəli sürülüb.

85. Giya Gelaşvili - Avlevi kənd şurasının sədri. Ona qarşı ittiham irəli sürülüb.

86. Nukri Tsotsonva - Xobi bələdiyyəsinin təmizlik üzrə şirkətinin keçmiş direktoru. Ona qarşı ittiham irəli sürülüb.

87. Zurab Gelitaşvili - Kaspi və Şida Kartli bələdiyyələrinin iqtisadiyyat şəbəsinin keçmiş müdiri. Ona qarşı ittiham irəli sürülüb.

88. Temur Tsamtsişvili - Kutaisi meriyası mədəniyyət şöbəsinin keçmiş müdiri. Ona qarşı ittiham irəli sürülüb.

89. Tariel Baramiya - DİN-in Abxaziya üzrə Konstitusiya Təhlükəsizliyi Departamentinin 1-ci şöbəsinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

90. Baxva Çikobava - DİN-in Sameqrelo-Zemo Svaneti üzrə xüsusi regional  şöbəsinin keçmiş rəhbəri. Ona qarşı ittiham irəli sürülüb.

91. Roin Abşilava - DİN-in Abxaziya üzrə Konstitusiya Təhlükəsizliyi Departamenti Baş İdarəsinin keçmiş əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

92. Devid Korkiya - DİN-in Abxaziya üzrə Konstitusiya Təhlükəsizliyi Departamenti Baş İdarəsinin keçmiş əməkdaşı. Ona qarşı ittiham irəli sürülüb.

93. Malxaz Murquliya - DİN-in Sameqrelo-Zemo Svaneti üzrə xüsusi regional şöbəsinin keçmiş zabiti. Ona qarşı ittiham irəli sürülüb.

94. Emzar Cinçaradze - Kobuleti bələdiyyəsində infrastruktur xidməti üzrə ekspert. Ona qarşı ittiham irəli sürülüb.

95. Levan Tumanişvili - keçmiş baş nazir İvane Merabişvilinin dayısı. Axaltsixe bələdiyyəsi ərazisində fəaliyyət göstərən «TAO Ltd.» şirkətinin direktoru. Ona qarşı ittiham irəli sürülüb.

96. Gegi Kelbakiani - Tiflis Su LLC-nin keçmiş direktoru. Ona qarşı ittiham irəli sürülüb.

97. Arçil Çoqovadze - NCC MMC şirkətinin maliyyə meneceri. Ona qarşı ittiham irəli sürülüb.

98. Georgi Nemsitsveridze - özəl «L&F Service LCC» şirkətinin təsisçisi. Ona qarşı ittiham irəli sürülüb.


Yuxarıda adları çəkilən şəxslərdən başqa VMH-nin 12 minə qədər üzvü, fəalı və tərəfdarı müntəzəm olaraq müxtəlif instansiyalarda istintaq və sorğu-sual ediliblər. Bu da onların qorxudulmasına və VMH liderləri əleyhinə ifadə verməyə, yaxud siyasi fəaliyyətdən imtina etməyə məcbur edilməsinə hesablanıb. VMH üzvü, Martvili bələdiyyəsinin əməkdaşı Levan Topuriya bu sahədə əsl «rekord» vurub - onu istintaqda düz 32 dəfə dindiriblər.

VMH-nin 25 namizədi 2014-cü il seçkilərində öz namizədliyini geri götürüb. Səbəb - polisin təzyiqləridir.

Bir sözlə, yeni hakimiyyətin keçmiş hakim partiyanın nümayəndələrinə qarşı məqsədyönlü təqib-təzyiq kampaniyası göz önündədir. Yeni hakimiyyət siyasi arenadakı mövqelərini bu yolla möhkəmləndirməyə çalışır.

Və bütün bunlar dünya ictimaiyyəti tərəfindən laqeydliklə müşahidə edilir. Qərbdən buna heç bir reaksiya yoxdur. Dünya hətta Saakaşvilinin özünü də həbsdən və cinayət təqibindən qorumağa çətin ki, hazırdır. Məsələ təkcə heç Saakaşvilidə də deyil. Əgər ədalət mühakiməsi belə şəkil alıbsa, onda bütün ədliyyə-məhkəmə sisteminin tam iflasından danışmağa əsasımız var. Qərbin buna reaksiyası isə hələ də yoxdur. Bizim ölkəmizdən fərqli olaraq... Nəticəni özünüz çıxarın.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *