“48 saatlıq atəşkəs müvəqqətidir”
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
18:24 | 18 fevral 2017 | Şənbə
Məqaləyə 2249 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
Tramp yenə özünü qabağa verəcəkmi?
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
... SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
Stalin-Hiter sazişi kimi düşmüş anlaşmadan 86 il ötür
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
76 nəfər öldü
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tarixi faktlar və ideoloji əsaslar
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Ötən həftə Əfqanıstandan sovet qoşunarının çıxarılmasının ildönümü tamam oldu. Bu hadisə keçmiş SSRİ-nin bütün respublikalarında xatırlanır, çünki sovet qoşunlarının tərkibində Əfqanıstanda gedən müharibədə SSRİ-nin hər yerindən, o cümlədən Azərbaycandan minlərlə hərbçi iştirak etmişdi.
Virtualaz.org xəbər verir ki, «İzvestiya» qəzeti bu hadisələrin ildönümü ilə bağlı SSRİnin Əfqanıstana qoşun yeritməsi və Kabildə öz rejimini qurması ilə bağlı əməliyyatdan bəhs edən geniş məqalə dərc edib. Belə məlum olur ki, bu əməliyyatda Mikayıl Talıbov adlı azərbaycanlının da mühüm rolu olub.
Məlum olduğu kimi SSRİ-nin Əfqanıstana 1979-ci ildə baş vermiş hərbi müdaxiləi ərəfəsində bu ölkədə vətəndaş müharibəsi gedirdi. Aprel inqilabı nəticəsində hakimiyyətə gələn Xalq-Demokratik Partiyasının hökumətinə qarşı islamçı müxalifət çıxış edirdi. Nəhayət Kabildə ABŞ-ın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsinə imkan verməmək üçün Əfqanıstana ordu yeritdi. Əfqanıstan prezidenti Hafizulla Aminin amerikalılara işlədiyindən xəbər tutan Moskva onu hakimiyyətdən uzaqlaşdırmaq qərarı vermişdi. Sovet müdaxiləsi başlayanda Amin SSRİ-yə «hərbi dəstəyə» görə təşəkkür edir və sovet qoşunlarına dəstək barədə sərəncam verir. Lakin həmin ilin dekabrında QRU-nun xüsusi təyinatlı qüvvələri Hafizulla Aminin Kabildəki sarayını ələ keçirmək, onu devirmək və yerinə SSRİ-yə sadiq Babrak Karmalı təyin etmək üçün «Qasırğa» adlı əməliyyat başladır.
Əməliyyat planına görə Hafizulla Aminin aşbazı, əslində isə KQB əməkdaşı olan Mikayıl Talıbov adlı azərbaycanl naharda prezidentə və qonaqlarına zəhər qatılmış yemək verir. Amin və qonaqları özünü pis hiss eləyəndə əfqan liderinin arvadı təcili Kabildəki sovet hərbi hospitalından həkim çağırır. Həkimlər isə xüsusi əməliyyatın hazırlanmasından xəbərsiz idilər və zəhərlənənlərə tibbi yardım üçün saraya gedirlər. Elə həmin gün axşam QRU xüsusi təyinatlıları Aminin sarayına hücum edir, Hafizulla Amin öldürülür. Bu zaman sarayda olan sovet hərbi həkimi Kuzneçenkov da atışmada həlak olur. Hücumun iştirakçıları da itki verir, çoxu yaralanır, əməliyyatın rəhbəri, polkovnik Boyarinov da daxil olmaqla 20 sovet hərbçisi həlak olur...