vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
01:59 | 9 dekabr 2017 | Şənbə Məqaləyə 4009 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixə şikəst düşüncə ilə baxanlar

… Yaxud İranın dəyişməyən və görünür heç vaxt da dəyişməyəcək davranışları

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Badkubeh adlı fars şovinizminə xidmət edən saytı yeni bir sərsəmləmə ilə çıxış edib. Demək sayt qondarma bir sənədi saytda yerləşdirib və iddia edir ki, guya . İranın Xarici İşlər Nazirliyinin Osmanlı Xarici İşlər Nazirliyinə göndərdiyi bu sənədə əsasən, İran Qafqazın cənubunda yeni bir ölkənin təşkil olunması istiqamətində Osmanlının Müsavat partiyasını dəstəkləməsinə etiraz edir. Onun adı «Qafqaz Cənub-Şərq Respublikası» olmalı imiş. Amma Osmanlıların tövsiyəsi ilə adını Azərbaycan qoyublar.

İlk olaraq qeyd edək ki, həmin dövlətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti olub. İkinci 1914-1918-ci illərdə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı Cənub-Qərbi Qafqazda, əhalisinin çoxunu azərbaycanlılar təşkil edən demokratik müvəqqəti dövlət olub. 40 min kv.km sahəsi, 1 800 000 nəfər əhalisi olan (onun 4/5-nü türklər təşkil edirdi) bu dövlətin tərkibinə Qafqazın cənub-qərb əraziləri daxil idi.

İkincisi Azərbaycanı öz tarixi torpağı kimi görən İrana sərhədində müstəqil bir türk dövlətinin yaradılması sərf etmirdi. Məhz buna görə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman regionda onu suveren dövlət kimi tanımaq istəməyən dövlətlərdən biri də İran idi ki, o da müstəqilliyin elə ilk günlərində Azərbaycana nota göndərir. Sənəddə deyilir: «Azərbaycan deyiləndə Azərbaycan haradır?»

İran tərəfi Arazın şimalında Azərbaycan adlı dövlətin yaranması və onun gec-tez Cənubi Azərbaycana təsir edəcəyindən təşvişə düşdüyünü büruzə verdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbulda olan nümayəndə heyəti buradakı digər nümayəndələrlə yanaşı, İran konsulluğuna da Azərbaycan Demokratik Respublikasının yaranması haqqında bəyannamə təqdim etmiş, İran konsulu isə bu bəyannaməni geri qaytararaq, ona əlavə olunmuş vərəqədə göstərmişdi ki, o, Azərbaycan adlı müstəqil dövlət tanımır. ADR isə bu zaman sənədə «Qafqaz» sözünü əlavə etməklə, İranın nəzərinə çatdırır ki, söhbət Qafqaz Azərbaycanından gedir və bundan sonra, 1920-ci il mart ayının 21-də İran Azərbaycanın suverenliyini tanıyır.

Eyni siyasəti İran 1991-ci illərin əvvəllərində də göstərdi. İran İslam Respublikasının Xarici İşlər Naziri Ə.Ə.Vilayəti 1991-ci ilin noyabrında Moskvaya səfəri zamanı «Moskvanın səsi» radiostansiyasına verdiyi müsahibəsində birmənalı şəkildə bildirmişdi: "Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir».

Sonrakı danışıqlarda da İran İslam Respublikası belə iddialarından əl çəkmir, cənub qonşumuzun 1990-1991-ci illərdəki siyasəti də mahiyyətcə 1918-1920-ci illərdəkindən fərqlənmirdi. Lakin nə 20-ci illərdə, nə də 90-cı illərdə İran İslam Respublikası öz istəyinə çata bilmədi və Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımağa məcbur oldu. Tərəddüdlərdən sonra 1991-ci il dekabrın 25-də İran ABŞ-la eyni gündə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı və 1992-ci il martın 12-də respublikamız ilə diplomatik əlaqələr quruldu.

Biz son günlər İranın belə siyasət aparmasını başa düşürük. Çünki regionda və dünyada artıq uzun illər işğal altında saxlanılan ərazilərin məsələləri gündəmə gəlir. Bu gün 1913 Gülüstan və 1928-ci il Türkmənçay müqavilələrindən sonra iki yerə parçalanan Azərbaycanın İran əsarətində olan hissəsi öz azadlığın tələb edir. Başda Təbriz olmaqla bir çox azərbaycanlılar yaşayan ərazilər daha fars-molla rejimində yaşamaq istəmir. Bu səbəbdən də kürkünə birə düşən İran öz şovinizmini belə təbliğatla aparır.

Son olaraq qeyd edim ki, İranın öz arxivində saxlanılan Übeyd ibn Şəriyyənin əlyazmasın oxusun. Orda açıq aydın yazılır. ― «Azərbaycan türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və tək millətmişlər». İranın belə çirkin təbliğatını aparanlara sadəcə sənədləri oxumağı məsləhət görürəm. Şikəst düşüncə ilə tarixə baxmaq olmaz.


Zaur Aliyev adlı şəxsin şəkli.


P.S.: Bayraq Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin olub.