
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Həftədə ən azı bir dəfə balıq yeyən uşaqların həm zəkaları daha yüksək olur, həm də onlar daha yaxşı yatırlar, ABŞ-dakı Pensilvaniya Universitetinin professorları bu nəticəyə gəlib.
Bununla da, elmdə ilk dəfə olaraq balıq yemək, yaxşı yatmaq və yüksək zəka arasında bir əlaqə aşkar edilib.
Aparılan tədqiqatda, balıqda olan Omega-3 yağ turşularının uşaqların yuxu rejimini yaxşılaşdırması və bunun da onların zəkalarına müsbət təsir etdiyi aydın olub.
Araşdırmanı həyata keçirən alimlərdən biri professor Adrian Reyn deyib: «Uşaqlara balıq yedirtmək, onlara tez yatmaqlarını deməkdən daha asan ola bilər. Balıq yemək, uşağınızın yuxu keyfiyyətini artırsa, bu gözəldir. Bu da öz növbəsində onun idrakını artırsa, daha da gözəldir. Bir güllə ilə iki dovşan».
Başqa bir alim, doktor Cenifer Pinto-Martin isə əlavə edib ki, «Balıq yeməyin orqanizmə çox faydalı olmasına dair getdikcə daha çox sübut ortaya çıxır. Uşaqlar balıqla nə qədər tez tanış olsalar, o qədər ona tez öyrəşərlər».