Bir gün Putin əfsanəsi də bitəcək, Qriqori...
Buna qəti şübhəniz olmasın...
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
-
“Reklam müharibəsi”
Tramp və Harris kampaniyalarının məbləğinin 10 milyardı keçəcəyi gözlənilir
-
Rusiyadan Qərbə “səbir tükənir” xəbərdarlığı
London isə Putini zorakılıqda ittiham edir
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Rusiyadan ixraca məhdudiyyətlər
Putin uran, titan və nikelin xarici bazarlara çıxarılmasına qarşıdır
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
-
Tramp Putindən inciyib
Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
Gəncliyin sirri
Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiyada yaşamaq iznini asanlaşdıran fərman
Üstünlük hansı əcnəbilərə şamil olunacaq?
-
Ukraynaya Suriya dərsi
Ölümlə oyundan qalib çıxan Tramp Putinin qarşısında zəif görünməyi qəbul edəcəkmi?
Bəlkə də çoxu artıq onu xatırlamır. Əslində Rusiyada da o, «böyük əksəriyyət»ə sovetlər laxlayandan sonra tanış olmuşdu. Azərbaycanda isə onu indi də çox az adam tanıyır.
Yadıma gəlir, 90-cı illərin əvvəllərində «Sahil» metrosunun yaxınlığındakı bir kitab dükanın gözdən uzaq künc–bucağında onun keyfiyyətsiz kağızda çap olunmuş bir əsərini tapdıq. Halbuki həmin o əsər neçə illər əvvəl Qərbdə çap olunmuş və müəllifinə böyük şöhrət qazandırmışdı...
Sizləri yormayacam, söhbət məşhur filosof və yazıçı Aleksandr Zinovyevdən gedir. Bəli, vaxtilə tanınmış filosof–məntiqşünas, ilk sosioloji romanların müəllifi, Nobel mükafatını NATO-nun keçmiş Yuqoslaviyadakı əməliyyatlarını pislədiyinə görə ala bilməyən, SSRİ-dən qovulub Qərbə sığınan, Qərbdən də məyus olaraq yenidən Rusiyaya qayıdan maraqlı və maraqlı olduğu qədər ziddiyyətli insan...
Amma burada məqsədim onu sizə ətraflı təqdim etmək də deyil. Sadəcə, digər maraqlı insanın, siyasətçi və iqtisadçı Qriqori Yavlinskinin müsahibəsini oxuyandan sonra nədənsə həmin Zinovyevin sayəsində çox populyarlaşan «homo soveticus» sözü yadıma düşdü. Sonradan bəzi sosioloqlar bu sözü araşdırmağa və homo soveticus-un sosial–psixoloji portretini yaratmağa çalışmışdılar və deyim ki, buna nail ola bilmişdilər.
Homo soveticus–un bir neçə cəhəti var. Biri də daima daha pisə hazır olmaq, daima neqativə köklənməkdir. O. heç vaxt demir ki, daha bundan pis ola bilməz, çünki cəmiyyət və fərd olaraq buna imkan vermərik...
Sadəcə, daima özünü daha da pisə uyğunlaşdırmağa hazırlayır, onun üçün pisin, neqativin limiti yoxdur – neqativ artdıqca dözümü də artır və sovetləri görmüş insanların yadına gələr ki, o vaxt ən çox işlək sözlərdən biri «dözərik!» idi. Hər dəfə yeni baş katiblər «xalq»la görüşlərə çıxanda yaşlı insanlara bunu dedizdirirdilər. «Niyə dözməliyik?» və ya «Nə vaxta qədər dözməliyik?» deyə soruşan isə yox idi...
Yavlinskinin tonundan da bunu duyduq; Putinə qalib gəlmək mümkün deyil, amma mətbuata və efirə çıxış əldə etmək üçün seçkiyə qatılmaq və heç olmasa, ölkədə baş verənlər haqqında həqiqəti söyləməyə çalışmaq olar...
Qısa müsahibə bizdə qəribə bir təəssürat yaratdı: İlahi, bütün postsovet ölkələri necə də biri-birinə bənzəyir!
Bir neçə il bundan əvvəl bu adamın başqa bir müsahibəsini də oxumuşduq. O vaxt da bizdə sual yaranmışdı ki, görən, bütün postsovet ölkələri üçün siyasi ssenariləri eyni siyasi texnoloqlar cızmır ki?
Qriqori Yavlinski fəal siyasi həyat yaşayan adamdır, daim nəsə etməyə çalışır, daha çox da intellektual müstəvidə çarpışır. Amma onun intonasiyası xoşumuza gəlmədi, çünki homo soveticus-un çarəsizliyi və passivliyi duyulurdu bu intonasiyada. Halbuki elə keçmiş sovet məkanı deyilən siyasi arealda Saakaşvili, Navalnı nümunələri var. Bəlkə elə əsl problem də ondadır ki, ayrı–ayrı nümunələr var, amma onlar arasında bir konsolidasiya, inteqrasiya və koordinasiya yoxdur.
Bilirsinizmi, postsovet ölkələrinin problemi nədir? Bu siyasi arealın mühafizəkar qüvvələri birləşə bildilər, amma ki, demokratlar birləşməyi bacarmadı. Məsələn, Yavlinski hətta Saakaşvilinin adını çəkməyə belə ehtiyat edir, elə Navalnıdan da danışmamağa çalışır...
Halbuki Yavlinski ilə ən azı Navalnının birləşməsi intellektlə gücün, intellektlə siyasi passionarlığın birləşməsi olardı. Yavlinskinin tutaq ki, Saakaşviliyə jest etməsi keçmiş sovet ölkələri arasındakı siyasi-iqtisadi münasibətlərin yeni konturlarını cızardı...
Amma onlar bunu etmirlər, «Rusiyanın Putinlə gələcəyi yoxdur!» deyirlər, amma bu tezisi xırdalamırlar. Hamısı da deyir ki, guya, Putini udmaq mümkün deyil, amma niyə mümkün deyil – bunu da açıqlamır və elə təsəvvür yaradırlar ki, guya Putin nöqtəsinə -vergülünə qədər düzgün və demokratik seçki keçirir!..
Hətta bir neçə həftə öncə Vladimir Jirinovski seçkidən söz düşəndə dedi ki, V.Putinə bu qədər, mənə isə filan qədər yazacaqlar, filankəsə isə heç nə verməyəcəklər...
Deməli, söhbət xalqın kimə səs verməsindən yox, kimə neçə faiz yazılmasından gedir. Bəzilərisə bunu görmək əvəzinə iddia edir ki, guya, rus xalqı Putinə vurğundur! Əgər belədirsə, bu xalqın milisioner Putində nə tapdığını anlamaq iqtidarında deyilik...
Niyə bu xalq iqtisadçı–intellektual, gəncliyində hətta yaxşı boksçu olmuş Yavlinskini deyil, milisioner Putni seçir? Əslində həmin xalq bir də ayılıb gördü ki, Boris Yeltsin artıq «paraşüt»lə V.Putini siyasi Olimpin ən yüksəkliyinə atıb və Putini ən azı birinci dəfə hakimiyyətə həmin xalq yox, Kremldaxili siyasi kombinasiyaları gətirdi...
Hətta siyasətçi kimi də Putinin obrazı hakimiyyətə gələnə qədər deyil, hakimiyyətə gələndən sonra yaradılmağa başladı. Ona görə cəmi Qriqori müəllimlərə deyərdik ki, boş yerdən əfsanə yaratmasınlar. Bir gün buna da son veriləcək, «Putin Rusiyası»na da «finita la commedia!» deyiləcək – buna qəti şübhəniz olmasın...