Ziyalı yoxsa Aydın?!
Beyinlərdə kritik düşüncə vərdişi toplumun nicatıdır
Natiq CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Yaşın nə fərqi var?
Bütün xatirələrin özün kimi cavandır
-
Ov tüfəngi ilə silahlanan kosmonavtlar
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
-
Stalinin şəxsi tərcüməçisi ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Eyni məqsədin müxtəlif formaları
“Oktyabr” bolşevizimi və “Fevral” teokratizmi
-
Xəzərdən Baltikə
“Adamlar və kitablar” silsiləsindən
-
Tsinpin ənənəni pozur
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?
-
SSRİ dağıldısa onun qərarları da qüvvəsini itirdi
Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar
-
80 il əvvəlki Çerek qətliamı
Sovet əsgərləri 1500-ə qədər balkarı niyə öldürdü?
-
SSRİ-nin sonuncu amansızı
Putin imperiyanı qurmaq üçün cəlladını görəvləndirdi
-
Qırmızı imperiyanın avantürist rəhbəri
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
“Ziyalı-ziyalılar” sözü sovetlərin “intelligent-intellingensiya” sözlərinin dilimizdə ekvivalentidir. Sovetlər təzə qurulanda bu sözlər hətta təhqir kimi işlədilirdi, burjuaziyanın qalığı kimi təqdim edilirdi. Sonra bolşeviklər başa düşdülər ki, bu anlayışı aşağılamaqdansa öz təbliğat maşınının elementinə çevirmək daha məntiqli olar. Ona görə də 1920-ci illərin orlarandan şairləri, yazıçıları, alimləri “intelligent” kimi, onları xüsusi bir alt sinif – “intelligensiya” kimi təqdim etməyə başladılar. Onlar da öz əsərləri, publik çıxışları ilə sovetləri təbliğ etməyə başladılar, əvəzində isə fəxri adlar, evlər, maşınlar, kurortlarda pulsuz dincəlmək hüququ, Lenin-Stalin adına təqaüdlər qazandılar.
Sovet Azərbaycanında da eyni yanaşma idi – ümumi bolşevik xəttə azacıq təhlükə yaradan “müşviqləri”, “cavidləri” məhv etdilər, amma “vurğunları”, “rzaları” göylərə qaldırıb əsl “ziyalı” donu biçdilər.
SSRİ-nin dağılması zamanı xalqın gözləntisi yenə ziyalılara yönəldi, bəzi şairlər, yazıçılar, alımlər ölkəmizin müstəqilliyi üçün aparılan mübarizədə özünəməxsus rol aldılar, kömək oldular – onlara bu məsələdə təşəkkür düşür.
Amma müstəqillik əldə etdiyimizdən bəri “sovet ziyalısı” tipi və yanaşması dəyişmədi – yenə sistemə qulluq edənlər fəxri adlar, evlər, bağlar, maşınlar, xarici səfərlər əldə etməyə başladılar. Yəni, “ziyalı” sistemə inteqrasiya olunmuş şəxslərə çevrildilər, amma Aydın ola bilmədilər - sovetlərdən qalmış fəxri adlar ləğv edilmədi, Ziyalılar məhz Aydınlara çevrilmədilər!
Mənim üçün ziyalı və aydın tam fərqli məsələlərdir, tam fərqli anlayışlardır – ümumiyyətlə ziyalı sözünə qarşıyam, Aydın sözü daha doğru, daha məntiqlidir.
Aydınlar cəmiyyətə, xalqa, dövlətə lazım olandan, bacardıqlarından da çox şey verənlər, amma layiq olduqlarından az şey əldə edənlər – fikir adamlarıdır.
Məmləkətdə bu gün məhz Aydınların defisiti yaranıb, “ziyalı” çoxdur, amma ölkənin, cəmiyyətin gələcəyinə işıq tutan, aydınlatan insanların qıtlığı var. Siyasətçilərin əksəriyyəti populist, şair-yazıçıların əksəriyyəti sistemdaxili, incəsənət adamlarının əksəriyyəti isə bayağı və düşükdürlər. Vətəndaşı düşünərək formalaşdıran əsərlər, kinofilmlər, tamaşalar, mahnılar, operalar, baletlər yox dərəcəsindədir – bütün bunların qıtlığı isə düşüncəni, siyasi-ictimai müzakirəni bayağı edir, səviyyəsini aşağı salır.
Gənc yazıçılar sovetdənqalma yazarları haqlı tənqid edirlər, amma özləri ictimai fikri, sözün yaxşı mənasında alt-üst edən, beyinlərdə fırtına yaradan əsərlər yaza bilmirlər. Gənc rejisorlar sovet filmlərini bəyənmirlər, amma baxandan sonra günlərlə beynini deşən, səni düşünməyə vadar edən əsərlər yarada bilmirlər. Sanki yeni nəslin davası köhnə “ziyalıları” silmək, onların yerini tutacaq sistemin yaratdığı üstünlüklərdən bəhrənlənmək mübarizəsi kimi görünür – amma onların mücadiləsi Aydın olmaq, xalqımızı aydınlatmaq olmalıdır. Bəlkə də səhv edirəm, amma hiss etdiklərimi sizlərlə bölüşmək istədim, təbii ki, düşünmək, beyinlərdə kritik düşüncə vərdişini yaratmaq üçün – bu vərdiş istənilən toplumun nicatıdır...