vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:11 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrovun “unutqanlıq” xəstəliyi

Yaxud 72 yaşlı qocanın “ağılsız” olmadığını düşünsək ...

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Lavrovun İrəvanda delimitasiya prosesinin Xocalının Fərrux kəndinə aid etməsi haqda “naqolay” açıqlaması suallar yaratdı.

Birincisi, delimitasiyanın dövlət sərhədində aparıldığını Rusiyanın baş diplomatı da yaxşı bilir;

İkincisi, delimitasiyanın Qarabağa aid edilməsinin Rusiyanın bölgəyə dair planına aid olduğunu düşünsək belə, bu, məntiqi baxımından da qeyri-mümkündür.

Lavrovun niyə belə deyir?

Fərrux məsələsinin Rusiya sülhməramlıları üçün prioritet olduğunu deyən Lavrov qeyd edib: “Belə bir anlayış var ki, bu məsələlərə delimitasiya üzrə işlərin bir hissəsi kimi baxılacaq və həll olunacaq”.

Rusiya xarici işlər nazirinin erməniləri sakitləşdirmək istədiyi aydın görünür, hərçənd, delimitasiyanın Fərruxa aid edilməsini 72 yaşlı qocanın “ağılsızlığı” olmadığını düşünsək, burada yalnız bir mümkün ehtimal yaranr. Lavrov erməni qoşunların çıxarılmasına işarə edir?

Qarabağda deskalasiyanın yeganə yolu 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icra edilməsidir. Sərhədin delimitasiyası prosesində bu məsələ hüquqi baxımdan da aktuallaşır, çünki bir ölkənin qoşunları rəsmi şəkildə digər ölkənin ərazisində olduğu müddətdə həmin ölkələrin dövlət sərhədini qarşılıqlı şəkildə tanıması mümkün deyil. 

Geosiyasi vəziyyət fonunda Rusiyanın Cənubi Qafqazda Türkiyə ilə birgə fəaliyyəti aktivləşdirmək istəyi və Ankarada Lavrov-Çavuşoğlu görüşündən sonra rusların baş diplomatının üçtərəfli razılaşmaların icrasını sürətləndirmək məqsədilə birbaşa İrəvana uçması fonunda “bu məsələlər delimitasiya prosesində həllini tapacaq” açıqlamasının verilməsini yalnız erməni qoşunların çıxarılmasına aid etmək olar. Bunun yeganə məntiqli açıqlaması budur, təbii ki, 72 yaşlı Lavrovun “unutqanlıq” xəstəliyinə tutulduğu ehtimalı da gözardı edilməməlidir...