vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DİGƏR NÖVLƏR  
21:05 | 12 iyun 2022 | Bazar Məqaləyə 1474 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ferrari” motoru Bakı istisinə dözmədi

Leklerin erkən pit stop da komandanın səhvi idi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda 6-cı yarışı da arxada qoyduq. Bakı Sindromu davam edir: 6-cı qalib isə Maks Ferstappen oldu.

Hər şey startda Şarl Leklerin ləngiməsindən başladı – Serxio Peres önə çıxdı. Amma meksikalı sürücünün tempi elə Leklerin tempi ilə eyni olduğu üçün çox uzaqlaşa bilmədi. Daha sürətli olan Maks virtual TM rejimində Leklerin boksa yollanmasından faydalandı - erkən pit stop da komandanın səhvi idi.

Bundan sonra trasda Maksı saxlamaq çətin idi. Peres isə sadəcə komandaya mövsümdə 3-cü dublu qazandırdı.

Əvvəlcə Saynsın, daha sonra Leklerin yarışı dayandırması azmış, hələ üstəlik daha iki “Ferrari” motoru da istiyə dözmədi.

Fürsətdən yenə də Corc Rassell yararlandı və mövsümdə 3-cü podiumuna sevindi. 

Sebastyan Fettel və Fernando Alonsonu xüsusilə qeyd etməliyəm. Fettel ilk ötməsində səhvə yol verməsəydi, 5-ci yer real idi; Alonso isə “Formula 1” tarixində ən çox yarışan sürücü kimi sadəcə hər hadisədən zövq alır. 

MakLaren isə Norrisə komanda əmri verməməklə səhv etdi...

***

Azərbaycanda alınan məlumatlara görə ən sürətli motor “Ferrari”dədir. “Ferrari” motoru “Honda”dan 5.4, “Mercedes”dən 10.7, “Renault”dan 16.1 at qüvvəsi güclüdür. 

Deməli burada iki variant qalır. Ya bayaq dediyim kimidir. “Ferrari” ciddən də dondurulmaya görə motorun dözümlülüyünün başını buraxıb və performansa önəm verib. Çünki bu motor iki il əvvəl ən zəif motor idi. Keçən il də zəif idi. Birdən-birə uçmağa başladılar. 

İkinci variant isə budur: “Ferrari” bu gün maşını sırf düzlüyə sazlamışdı. Digərləri isə trasın texniki hissələrinə. “Ferrari” bu addımı atmaqla Lekleri Ferstappenin hücumlarından qorumaq istəyirdi bəlkə də.