

“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
ABŞ beynəlxalq hüququ və əsasını özü qoyduğu qlobal nizamı saymamağa meyl edib
Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”
Qərb şirkətləri Sincan-Uyğur Muxtar Bölgəsindən geri çəkilir
Tramp Husilərə “görmədiyiniz cəhənnəmə şahid olacaqsınız” deyib
ABŞ və Çin arasında güc balansı necə formalaşır?
Mədən və ticarət müharibələrini artıra biləcək problem
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Rusiyanın pərdə arxasında nə işi var?
Onların əlində olan qabaqcıl silah-sursat bir çox ölkənin arsenalında yoxdur
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Trampın məktubuna İrandan gecə yarısı cavab
ABŞ prezidenti tərs-tərs mikrofonu üzünə vuran müxbirə baxıb
ABŞ və Böyük Britaniya Səda və Zəmərə çəhərlərinə havadan zərbələri endirib
Deportasiya qorxusuna görə milyonlarla qanunsuz miqrant işləməkdən imtina edir
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-a daxil olmasının qarşısının alınmamasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb.
Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar. “Bloomberg” agentliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli amerikalı həmkarı Marko Rubionu telefonla söhbətində əvvəlcədən xəbərdar etmişdi. Meksikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.
Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-a qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində struktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir.
Bu arada, ABŞ Konqresində Trampın iki dövlət vəzifəsinə irəli sürdüyü namizədlərin dinləmələri keçirilib. Ağ Ev sahibi Milli Kəşfiyyat Xidmətinə Talsi Qabbardı, Federal Təhqiqat Bürosunun rəhbərliyinə isə Keş Patelin namizədliyini irəli sürüb. Dinləmələr 3 saatdan çox çəkib. Konqresmenlərin hər iki namizədə mürəkkəb sualları olub. Talsi Qabbardın Rusiya-Ukrayna müharibəsinə baxışı tənqid olunub. Talsi Qabbardın Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçmiş diktatoru Bəşər Əsədlə təmasları barədə suallar səslənib. Talsi Qabbardın 2017-ci ildə Bəşər Əsədlə görüşü tənqid olunub. Talsi Qabbarda “TikTok”un ABŞ üçün mümkün təhlükələri barədə suallar verilib. Talsi Qabbard və Keş Patel dinləmələr zamanı Çinin ABŞ ərazisində kəşfiyyat fəallığının və texnoloji oğurluqlarının qarşısını alacaqlarını bildiriblər.
“Atlas” Araşdırmalar Mərkəzi