vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
10:12 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 3028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doğuş zamanı ölümün səbəbi

Qadının həddən artıq köklük səbəbindən vəfat etdiyi ehtimal edilir

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Astaradakı hadisə nəzarətdədir

    Rayona mütəxəssislər göndərilib, ərçivanlıları təhqir edən tutulsa da, boynuna almır; camaat icra başçısına üç gün möhlət verib

Azərbaycanın Astara rayonunda iki gün öncə qeydə alınmış ana ölümü faktı ilə bağlı bəzi təfərrüatları üzə çıxıb.

Astara Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkimi Emin Hüseynin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Astara şəhər sakini Nərmin Nadir qızı Əsgərova mayın 6-da MRX-nin doğum şöbəsinə ağır vəziyyətdə qəbul olunub. İlkin müayinələrdən sonra xəstədə yüksək təzyiqlə yanaşı, boyunun 165 santimetr olmasına baxmayaraq 130 kiloqram çəkiyə malik olduğu müəyyənləşdirilib.

Həyati göstəriş olduğundan xəstə mayın 11-də gecə saatlarında əməliyyata götürülüb.

Əməliyyatdan sonra qadının boyu 53 sm, çəkisi 3 kiloqram olan qız uşağı dünyaya gəlib. Baş həkimin sözlərinə görə, dünyaya gələn körpədə də kifayət qədər ciddi patologiyalar aşkar olunub. Belə ki, anada olan xəstəliyin nəticəsində uşaqda hipoksiya, ağır asfeksiya diaqnozu müəyyənləşdirilib. Bununla belə, həkimlərin səyləri ilə körpəni xilas etmək mümkün olub. 

Baş həkim ilkin ehtimallara görə, Nərmin Əsgərovanın ölümünə piy emboliyası xəstəliyinin səbəb olduğunu, amma bununla belə son rəyin Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcəyini bildirib.

Dünən isə doğulan qız uşağı Astaradan Lənkərandakı Perinatal Mərkəzə gətirilib.

Burada körpəyə müvafiq tibbi yardım göstərildikdən sonra onun həyatı üçün mövcud olan hər hansı təhlükə aradan götürülüb.