Füzulinin qərib məzarı
Səddam Hüseyn dahi şairin məqbərəsini niyə sökdürdü?
Elmin NURİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
İraqda dinləmə qalmaqalı
İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb
-
Kürd və İran yaraqlıları arasında gərginlik
Haşd əş-Şaabi Təlabaninin partiyası KYB-nin nəzarətində olan neft bölgəsinə daxil olub
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Nota verildi
Britaniya səfirinin sözləri diplomatik insident yaratdı
-
Yaxın Şərqdə vurhavur
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib
-
Bağdad tələb edir
ABŞ qoşunları İraqdan çıxarılır?
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Səddam “dirilir”?!
İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar
-
18 min tarixi əsər qaytarılıb
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
-
... Xomeyniçilik
“İrana biət”ə dəvət edən siyasi ideologiya ...
1556-cı ildə İraqın Kərbəla şəhərində dünyasını dəyişən və İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarının 1984-cü ildə sökülməsi barədə bir zamanlar dövri mətbuatda çox yazılırdı. Bəzi məqalələrdə isə müəyyən təhriflərə yer verilirdi. Türkiyədəki xəbər portallarının birində filoloq alimlər qrupunun bu mövzuda yazdığı araşdırmada yeni faktlar var.
Moderator.az da həmin faktlardan bir neçəsini təqdim edəcək:
«1984-cü ilin yaz gecəsində Səddam Hüseynin buldozerləri İmam Hüseyn türbəsi yaxınlığındakı tikililəri uçurdu. Bəhanə isə, guya həmin ərazidə yol qovşağının salınması idi. Söküntüyə məruz qalan tikililərdən biri də Məhəmməd Füzulinin məzarı oldu. Lakin buldozer məzarın yerləşdiyi türbəni uçurarkən, məzarın içi artıq boş idi. Çünki Səddam Hüseyn ora buldozerləri yerindəndən bir gün əvvəl məzarı açaraq Füzulinin nəşinin qalıqlarını oradan götürmüşdülər. Şərqin böyük şairinin sümükləri yığılaraq Sultaniyyə məscidinə aparıldı. Sümüklər illərlə məsciddə qaldı. Bir gün yol çəkmək adı ilə həmin məscidin də uçurulması gündəmə gəldi. Füzulinin nəşinin taleyi bu dəfə də sual altında qaldı».
Araşdırmada qeyd edilir ki, həmin ərəfədə o zaman SSRİ-nin tərkibində olan Azərbaycan İraq hökumətinə nota göndərir. Notada oğuzların Bayat qolundan olan Füzulinin Azərbaycan şairi olması və İraq hökuməti icazə verərsə, böyük şairin nəşinin Azərbaycanda yüksək səviyyədə dəfn edilməsi göstərilirdi. Lakin İraq hökuməti bununla razılaşmadı. Bu barədə türk müəlliflər yazır:
«İraqlılar uzun müddət idi ki, qədrini bilmədikləri şairə yalnız bundan sonra dəyər verməyə başladılar. Onlar qarşı tərəfə bu cür cavab verdilər: «Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşayıb. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə buradan çıxa bilməz».
Bu hadisədən bir neçə il keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi . Onlar bu dəfə İraq hökuməti ilə birbaşa əlaqə qurdular və yenidən Füzulinin məzarının Azərbaycana köçürülməsini xahiş etdilər. Əvəzində isə, «biz Türkiyədən xahiş edərik, İslamiyyətdən öncəki dövrün məşhur ərəb şairi İmrul Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə razılıq alarıq», dedilər. İraq hökuməti bu dəfə də razılaşmadı. Amma Azərbaycanın israrı davam etdi. 1994-cü ilin 17 sentyabrında Bağdadda «Füzuli» Konqresi toplandı. Azərbaycanın ziyalılarından və füzulişünaslarından ibarət 128 nəfərlik qrup Bağdada yollandı. Onlar istəklərində israrlı idilər. «Məzar işi həll edilməsə, buradan bircə addım da atmarıq» deyib qətiyyət göstərdilər. Üç gün, üç gücə bu müzakirələr davam etdi. Axırda iraq hökuməti Füzulinin nəşinin qalıqlarını möhtərəm bir yerdə dəfn edəcəklərini və yeni türbə salacaqlarına söz verdilər. Həmin yeri də Azərbaycan tərəfi seçdi: Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə tərəfə baxan əlyazmalar hücrəsi.
Azərbaycan tərəfinin israrı ilə Füzulinin sümükləri orada dəfn edildi, məzarın üzərində mərmərdən kitabə də qoyuldu. Amma o zaman Türkiyə tərəfi özünün də böyük şairi adlandırdığı Füzuli üçün heç səsini də çıxarmadı. Füzulinin məzarı 1995-ci ildən bu yana həmin yerdədir».