

Bütün xatirələrin özün kimi cavandır
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
... Yaxud diaspor mübarizəsi – xeyirlə şərin davası
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
“Oktyabr” bolşevizimi və “Fevral” teokratizmi
“Adamlar və kitablar” silsiləsindən
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?
Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar
Sovet əsgərləri 1500-ə qədər balkarı niyə öldürdü?
Putin imperiyanı qurmaq üçün cəlladını görəvləndirdi
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
Futbolçular yığmaya düşmək üçün Moskva komandalarında oynamalı idi
Primakov Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdi
Əslində bu yazı SSRİ-yə aiddir, Ukraynanın adı sadəcə misal olaraq keçir
Rusiyanın parçalanması qaçılmazdır
Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycan həqiqətlərinin xaricdə yayılmasında mühüm əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Azərbaycan diaspor təşkilatları bəzən hansısa məsələlərdə digər millətləri təmsil edən diasporun üzvlərilə təmasda olmaq məcburiyyətində qalır. Bəzən onların arasında ermənilər də olur. Bu münasibətlər həm düşmənçilik, həm də dostluq müstəvisində ola bilər.
Azərbaycanın keçmiş SSRİ məkanında, indiki Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindəki diaspor təşkilatlarının erməni diasporunun üzvlərilə hansı münasibətləri var? Onlarla ünsiyyət, əlaqə qururlarmı? Dağlıq Qarabağ amili ermənilərlə münasibətdə hələ də qalırmı?
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycanın MDB ölkələrindəki diaspor təşkilatlarının rəhbərlərinin fikirlərini öyrənib.
Ukrayna Azәrbaycanlılarının Birlәşmiş Diasporu (UABD) sədrinin birinci müavini Murad Cəfərov:
«Yaşadığımız ölkədə erməni lobbisinin, diasporunun nümayəndələri ilə heç bir formada əlaqələrimiz yoxdur. Qarabağ amili bizim üçün hər zaman öndədir. Çalışırıq ki, Azərbaycan gerçəkliklərini Ukrayna ictimaiyyətinə hər zaman çatdıraq.
Ukraynada Ermənistandakı Sərkisyan hakimiyyətinə qarşı çıxış edən ermənilər olsa, biz həmin insanlardan mütləq Azərbaycan maraqları naminə istifadə edə bilərik».
Rusiyanın Krasnoyarsk vilayətindəki Azərbaycanın diaspor nümayəndəsi, hüquqşünas Ələkbər Qarayev:
«Ermənilərlə hər gün mübarizədəyik. Hər dəfə imkan düşdükcə, Azərbaycan həqiqətlərini, haqq səsini Rusiya ictimaiyyətinə çatdırırıq. Buradakı azərbaycanlıların da Qarabağla bağlı fikirləri birmənalı və qətidir. Ermənilərlə heç bir formada ünsiyyətimiz və əlaqəmiz yoxdur, ola da bilməz.
Təəssüf ki, burada yaşayan bəzi xırda xalqların nümayəndələri ermənilərlə əlaqə qururlar. Məsələn, bəzi talışları misal göstərə bilıərəm».
Qazaxıstandakı «Heydərçi gənclər» təşkilatının sədri Bəhruz Axundov:
«Qardaş Qazaxıstanda ermənilərdən başqa bütün xalqlarla münasibətimiz çox gözəldir. Milli qeyrəti olan azərbaycanlılar ermənilərlə münasibət qurmaz. Hansı ölkədə yaşamağımıza baxmayaraq biz tariximizdən, dədə-baba yurdumuzdan, soy kökümüzdən möhkəm yapışmışıq. Ən böyük arzumuz Qarabağın azadlığı uğrunda şəhid olmaqdır.
Qazaxıstan türk dövləti kimi bizə qardaş və dost ölkədir. Burada heç bir zaman ermənilər Azərbaycanın siyasətini boykot edə bilməzlər. Qazaxıstanda vətənimizin keşiyində duran gənclər çoxdur».
Azərbaycanın Özbəkistandakı diasporunun rəhbəri Mobil Məmmədov:
«Özbəkistandakı ermənilərlə və onların diaspor təşkilatları ilə heç bir ünsiyətimiz, əlaqələrimiz yoxdur və ola da bilməz. Çünki Ermənistan hər zaman olduğu kimi, bu gün də bizə qarşı düşmən və işğalçı dövlətdir. Buradakı azərbaycanlıların mövqeyi də birmənalı şəkildə Azərbaycanımızın, xalqımızın və cənab prezidentimizin mövqeyi ilə eynidir.
Hər gün ermənilərin siyasətinə qarşı öz mübarizəmizi aparmaqdayıq. Ermənilərlə hər hansı əlaqə, ünsiyyət və münasibətlərdən söhbət belə gedə bilməz».
Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov:
«Belarusdakı Azərbaycan diasporunun ermənilərlə və onların diasporu ilə əlaqələri yoxdur. Ermənistanın tarix boyu Azərbaycana qarşı düşmən mövqedə durması, 20 faiz torpaqlarımızı işğal etməsi, xalqımıza qarşı dəfələrlə soyqırımı törətməsi bütün dünya ictimaiyyətinə gözəl bəllidir.
Ermənilərə qarşı Belarusda qətiyyətlə mübarizəmizi davam etdiririk. Onlarla hər hansı münasibətlərimiz ola bilməz».
«Qırğızıstan azəriləri» Assosiasiyasının sədri Səməd Səmədov:
«Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun, icmalarının və dərnəklərinin düşmənimiz olan ermənilərlə və onların diasporu ilə əlaqələri mövcud deyil.
Burada yaşayan həmyerlilərimizin ermənilərə qarşı münasibəti birmənalı olaraq pisdir. Çünki Ermənistan işğalçı bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, dədə-baba torpaqlarımızı işğal edib, milyonlarla azərbaycanlını öz yurd-yuvalarından didərgin salıb.
Qırğızıstan da hər zaman bizə qardaş və dost bir türk dövləti kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bunu davam etdirməkdədir».