
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Təbriz, Urmiyə, Zəncan və Əhvaz kimi şəhərlərdə seçki saxtakarlığına dair geniş şikayətlər ardından, Şərqi Azərbaycanda bir şura namizədi seçki nəticələrinə etiraz olaraq Əhərdən Təbrizə qədər 100 kilometrdən artıq ayaqyalın yeriyib.
Yarı-rəsmi «Fars News» agentliyi və «Anaj» kimi yerli internet portallarının məlumatına görə, Əli Əsədiyan Əhərdə seçki nəticələrinə etirazı olan digər namizədləri də təmsil edir.
Şərqi Azərbaycanın Əhər şəhərində Şəhər Şurasına 7 əsas üzv və əlavə olaraq 2 alternativ üzv seçilir. Açıqlanan nəticələrə görə, Əhərdə keçirilən şura seçkilərində Əli Əsədiyan 2 min 141 səslə 20-ci olub. Seçkilərin birincisi 5 min 102 səs toplayıb.
Əhərdə şura seçkiləri elektronik səsvermə metodu ilə keçirilib.
«Nigəhban Şurası (Konstitusiyanı Qoruma Şurası) bu səsvermə sistemini təsdiq etmir. Buna baxmayaraq seçkilərin düzgün keçiriləcəyinə ümid edirdik. Amma səsvermə sisteminə dair məlumatı olmayan vətəndaşlar qarşısında bəzi mütəşəkkil aktlar həyəta keçirildi. Bu səhvdir, yanlışdır,» deyə cənab Əsədiyanın sözləri yerli mediada əks olunub.
O, həmçinin seçkilərdə səs alverinin həyata keçirildiyini önə çəkib.
«Mən seçkilərdə tayfaçılığa qarşıyam. Buna görə də, başqa bir namizədlə bərabər bir koalisiya təşkil etdik. Biz poster və plakat çap etmək yerinə, onun pulunu şəhərin bəzi küçələrinə asfalt çəkmək üçün xərclədik», deyə Əsədiyan Təbrizdə jurnalistlərə açıqlayıb.