Kremlin adamı Çexiyada saxlanıldı
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
17:15 | 19 iyul 2017 | Çərşənbə
Məqaləyə 2041 dəfə baxılıb
Şriftin ölçüsü
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Bu gün Rusiyanın Kurqan şəhər məhkəməsində Azərbaycan vətəndaşı, İŞİD terror qruplaşmasının tərkibində Suriyada döyüşməkdə ittiham olunan Mirməmmədtağı Ağayevin barəsində qiyabi məhkəmə prosesi davam edib.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci bəndi üzrə ittiham olunur. Rusiya Mirməmmədtağı Ağayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib, ancaq Azərbaycan tərəfi ekstradisiya tələbini rədd edib. Çünki ölkə Konstitusiyası vətəndaşların xarici ölkəyə ekstradisiyasına yol vermir.
Məhkəmədə çıxış edən bütün şahidlər bildiriblər ki, Ağayevin əvvəllər dinə meyl etdiyini heç vaxt müşahidə etməmişdilər və onun Suriyada döyüşdüyünü eşidəndə çox təəccübləniblər. Ağayev Kurqanda yaşayıb və orada bizneslə məşğul olub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məhkəməyə şahid qismində cəlb edilmiş əməkdaşı bildirib ki, Ağayev İŞİD-in tərkibində 2014-cü ilin yanvarından aprel ayına qədər Suriyada döyüşüb. O, Suriyaya işgüzar əlaqələr qurmaq üçün getdiyi Türkiyə üzərindən keçib. FTX-nin «E» idarəsinə Ağayevin yaxın tanışı tərəfindən təqdim edilmiş videomateriallarda onun İŞİD sıralarında döyüşdüyü əks olunur. Ağayevin yaxın tanışı həmin videomaterialları təqdim edərkən bildirib ki, o, Hələb ətrafında döyüşür. Ekspertiza aparılıb və kadrlardakı şəxsin həqiqətən Ağayev olduğu təsdiqlənib.
Lakin FTX əməkdaşı etiraf edib ki, kadrlardakı danışıqların şifrəsini aça bilməyiblər. Bununla belə istintaqda Ağayevin yaxın tanışının ifadəsi var, habelə ittiham olunan şəxsin Kurqanda yaşadığı vaxtda radikal dini cərəyanlara meyl etdiyi məlumdur. Şahid ifadəsində onu da deyib ki, Suriyadan Bakıya qayıdandan sonra Ağayev öz dostuna silahlı birləşmələrin tərkibində döyüşdüyünü danışıb və İŞİD-in hərəkətlərinə haqq qazandırıb. Lakin digər şahidlər Ağayevin əvvəllər dinə meyl etmədiyini və Suriyaya döyüşməyə getməyə hazırlaşmadığını deyiblər.
Rusiya mədəniyyət Fondunun Kurqan filialının direktoru Lyudmila Sereda məhkəmədə deyib ki, Ağayevi və ailəsini 10 ildən çoxdur tanıyır. Onun sözlərinə görə, Kurqanda Məmmədtağı 31 nömrəli gimnaziyanı bitirib, daha sonra Kurqan dövlət universitetində oxuyub. Şahid Məmmədtağının heç vaxt dinə meyl etdiyini görmədiyini deyib. «O, Kurqanda yaşayanda heç bir dəfə də olsun məscidə getməyib», - Sereda deyib.
İttiham olunanın digər tanışları da Ağayevin dinə meyl etmədiyini deyiblər. Onlardan Roman adlı şahid deyib ki, Mirməmmədtağının taleyi haqda heç nə bilmir, ancaq şəhərdə şayiələr eşidib ki, o, Suriyaya döyüşməyə gedib. «Mənim bildiyim qədər o, Bakıda, evində yaşayır. Lakin əlaqəmiz yoxdur. Onda hərbçi xarakteri yoxdur, avantürist deyil, biznesmendir. İslamçı baxışları olmayıb, çox mötədil adam olub», - şahid bildirib.
Digər şahid isə deyib ki, Ağayevi 2011-ci ildən tanıyır, onunla yunan roma güləşi məşqlərində tanış olub. Şahidin dediyinə görə, Ağayevlə yaxın dost olmasa da onu xeyirxah adam kimi tanıyır və döyüşmək üçün başqa ölkəyə getdiyinə inanmır.
Məhkəmənin növbəti iclası iyulun 24-də olacaq.