Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
11:34 | 23 iyul 2017 | Bazar
Məqaləyə 2622 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də axşam Soçidə keçirilmiş işgüzar görüşünün bəzi detalları məlum olub. Rusiya hökumətinə yaxın qaynaqlardan virtualaz.org-a bildirildiyinə görə görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinə üçüncü qüvvələrin müdaxiləsini nəzərdə tutan «ağrılı məsələ» barədə danışıb.
Görüşdə qeyd olunub ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.Bura Rusiyanın dövlət orqanlarında təmsil olunan və antiazərbaycan mövqeyi tutan şəxslər də daxildir. Bu qüvvələr, habelə bir sıra beynəlxalq dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər.
Prezidentlər qeyd ediblər ki, ölkələr arasında münasibətlər, bu münasibətlərin dərinliyi və inkişaf perspektivləri, habelə iki dövlət başçıları arasında dostluq və qarşılıqlı etimad bu cür cəhdlərin qarşısını almağa imkan verən mühüm amillərdir.
Tərəflər onu da qeyd ediblər ki, iki ölkə münasibətlərinə kənardan müdaxilə cəhdləri nəticə verməyib və bundan sonra da belə cəhdlər boşa çıxacaq.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan KİV-ləri, o cümlədən virtualaz.org saytı dəfələrlə Rusiyadakı ermənipərəst dairələrin və erməni diasporuna bağlı qüvvələrin Azərbaycana qarşı düşmənçilik münasibəti formalaşadırmaq səyləri barədə yazıb. Rusiyanın dövlət strukturlarında postlar tutan ermənilər Rusiyanın dövlət-milli maraqlarını deyil, daha çox dünya erməniliyinin maraqlarını üstün tuturlar.
Bu yaxınlarda Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etməsi də həmin qüvvələrin işidir. Hansı ki, bu addım Bakıda təəcüb və narahatlıqla qarşılanıb. Habelə Bakını Rusiya XİN-in antiazərbaycan bəyanatları narahat edir. Xəbər verildiyi kimi bu günlərdə Rusiya XİN tamamilə yersiz və kobud şəkildə Azərbaycanı «Rusiya vətəndaşlığı daşıyan etnik erməniləri sıxışdırmaqda» günahlandırmışdı. Habelə məlum olmuşdu ki, Rusiyanın İrandakı səfiri Levan Caqaryan Azərbaycan, İran və Rusiya prezidentlərinin ötən ilin avqusunda Bakıda şəxsən dəstək verdikləri «Şimal-Cənub» nəqliyyat dəhlizinə qarşı iş aparır.