vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
Onlara Kadırovu öldürmək tapşırılmışdı 23:45 | 29 iyul 2017 | Şənbə Məqaləyə 2561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onlara Kadırovu öldürmək tapşırılmışdı

Çeçenistanda səs-küylü məhkəmə prosesi

MÖVZU İLƏ ƏLAQƏLİ

Çeçenistanın Qudermes şəhər məhkəməsi respublikanın başçısı Ramzan Kadırova sui-qəsd haqda işin üç fiqurantının hərəsinə cəzalarını ciddi rejimin koloniyada çəkməklə 6,5 il həbs cəzası verib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti respublika Ali Məhkəməsindəki mənbəyinə istinadən xəbər yayıb.

Həmin şəxslər bunlardır: «Vostok» batalyonunun sabiq zabiti İsa Yamadaevin keçmiş mühafizəçisi Əziz Alviyev, həmin batalyonun döyüşçüsü Beslan Zakarayev və onun qonşusu Şamxan Maqomedov. Onlar cinayətlərini etiraf ediblər.

Qeyd edilib ki, sui-qəsdin sifarişçisi İ.Yamadayev bu ilin martında federal axtarışa verilib. Kadırova məhz onun sui-qəsdi hazırladığını yuxarıda adları çəkilənlər də təsdiq ediblər.

İ.Yamadaeva barəsində iş ayrıca icraata götürülüb və materiallar hərbi istintaqa verilib.

Onu da xatırladaq ki, R.Kadırovun həyatına əvvəllər də dəfələrlə sui-qəsd və ya qəsdə cəhdlər olub.