
Avropadakı ən yaxın tərəfdaşımız
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
«Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. «Qarabağ» UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm». Bu sözləri «Qarabağ» futbol komandasının üzvlərini qəbul edən prezident İlham Əliyev deyib.
O bildirib ki, komanda Azərbaycan xalqına qələbə sevinci bəxş edib: «Gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan «Qarabağ» komandası qazanıb. «Qarabağ» komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə, bu qələbənin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsidir.
Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub».
Prezident əlavə edib ki, bu qələbə eyni zamanda Azərbaycanda futbolun inkişafının təzahürüdür: «Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol ölkəmizdə inkişaf edib. Biz bu inkişafı çoxdan gözləyirik, futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli yığma komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə, vətənpərvərlik göstərir.
Ona görə də hesab edirəm ki, ölkəmizin futbolu gələcəkdə daha da inkişaf edəcək, həm yığma, həm də klublar ölkəmizi ləyaqətlə təmsil edəcək. Bu qələbə həm də son illər ərzində idman sahəsində görülən işlərin nəticəsidir. Çünki İdman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Avropa, Dünya çempionatlarında, olimpiya oyunlarında idmançılar yüksək nəticələr göstərir. Bakıda keçirilən I Avropa və İslam Oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Avropa Oyunlarında II, İslam həmrəyliyi Oyunlarında isə komanda hesabında I yerə layiq görüldük. Bu tarixi qələbədir. Eyni zamanda, ötən il Rio Olimpiya oyunlarında idmançılarımız 18 medal qazanıblar. Medalların sayına görə dünya miqyasında 14-cü yeri tutublar. Bu gənc və müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çox şadam ki, Azərbaycanda ən məşhur və populyar idman növü olan futbol da inkişaf edir. Yeni stadionlar yaradılır, tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il öncə əsaslı təmir olunub, 70 min tamaşaçı tutan Olimpiya stadionu tikilib, bölgələrdə stadionlar, qurğular tikilir. Çünki idmanın inkişafı infrastrukturun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm də Bakıda ən müasir idman infrastrukturu yaradılır».
Dövlət başçısı qeyd edib ki, bu qələbədən sonra uşaqların futbola axını daha da güclənəcək, futbolçu olmaq, sizə oxşamaq istəyənlərin sayı artacaq.
«İndi sizi Azərbaycanda tanımayan yoxdur. Sizə diqqət artacaq. Bu günə qədər həm idmanda, həm məişətdə özünüzü necə ləyaqətlə aparmısızsa, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız. Dünənki qələbə təsadüfü qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir gedirdiniz», - deyə prezident vurğulayıb.