Canlı yayım rejimin canını sıxıb
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
16:47 | 27 avqust 2017 | Bazar
Məqaləyə 2122 dəfə baxılıb
Şriftin ölçüsü
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Təbrizdə bir zavodun işçilərinə zorla namaz qıldırdığını və namaz qılmayan işçiləri cərimə və işdən çıxarılmaqda təhdid etdiyini göstərən bir fotoşəkilin yayımlanması sosial mediada geniş təpkilərə yol verib.
Sosial mediada yayımlanan şəkildə yapışqan istehsal edən «Hel Zavodu»nun işçilərinin namaz qıldığı məkanın divarında yerləşdirilən bir afişada bu ifadələr yer alıb: «Bütün kişilərin namaz qılması məcburidir. Namaz qılmayanlar ən az 120 min tümən cərimə ödəməlidirlər və ya işdən çıxarılacaqlar. Namaz vaxtında, bütün kişilər «Allahu Əkbər»i eşitdikdən sonra dəstəmaz almağa başlamalıdırlar...»
Keçən iki gün ərzində minlərlə «Twitter», «Facebook», «Instagram» və «Telegram» istifadəçisi türk və fars dillərində «Hel Zavodu» habelə zavodun gənc sahibi və eyni zamanda müdiri olan Xəlil Nəzəri ilə bağlı yazılar və şəkillər paylaşıblar.
Zavod sahibinin ad günündə çəkilmiş şəkilləri paylaşan sosial media istifadəçiləri onu sarkastik ifadələrlə Şimali Koreya lideri Kim Çen Ina bənzədib və «balaca diktator» adlandırırlar.
Bu şəkillərin bir çoxunun əsli keçən aylar ərzində zavodun «Twitter» hesabından paylaşılıb.
Fabrikanın sahibi avqustun 17-də həmin hesabdan ona etiraz edənlərə cavab verib. «Bu özəl bir fabrikadır. Dövlətin olsaydı, siz haqlı olardınız, dində məcburiyyət olmaz... Kimə nə, mən bu fabrikanı namaz qıldırmaq üçün tikmişəm, pula ehtiyacım yoxdur,» deyə o qeyd edib.