Putin qocalmaqdan qorxur
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
15:11 | 29 avqust 2017 | Çərşənbə axşamı
Məqaləyə 2777 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Budapeşt görüşü sual altında
Ermənistan prezidenti Serj Sərkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Virtualaz.org xəbər verir ki, iştirakçılardan biri Sərkisyandan soruşub: «O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?»
Sərkisyan isə cavab verib ki, Putinlə nəinki Qarabağda sülhməramlıların yerləşdirilməsini müzakirə etməyib, eləcə də ümumiyyətlə Qarabağ problemi barədə müzakirə aparmayıb. «Biz ümumiyyətlə bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik», - Sərkisyan bildirib.
Ermənistan prezidenti deyib ki, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir. «Hoqland postunu tərk edir və görünür öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var», - Ermənistan rəhbəri əlavə edib.