Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Qərbdə böyük narahatlıqla izlənilən Rusiya-Belarus «Qərb-2017» hərbi təlimləri zamanı Sankt-Peterburq yaxınlığındakı «Lujsk» poliqonunda Ka-52 vertolyotundan buraxılan «hava-yer» raketi tamaşaçıların yaxınlığına düşüb. Virtualaz.org xəbər verir ki, insident vertolyotların poliqonda növbəti vəzifəni yerinə yetirməsi zamanı baş verib, hansısa səbəbdə raket kursdan yayınıb və tamaşaçıların dayandığı tərəfdə partlayıb. Bu zaman azı iki avtomobil yanıb, qəlpələr iki nəfəri ağır yaralayıb. Onların jurnalistlər olduğu bildirilir.
«Bu, hansısa tamaşa ərəfəsində məşq idi. Çox güman ki, jurnalistlər zərər çəkdilər», - şahidlərdən biri 66.ru saytına bildirib. İnsidentin ötən gün baş verdiyi bildirilir. «Lujsk» poliqonuna «Qərb-2017» təlimlərini izləmək üçün çoxsaylı jurnalistlər, o cümlədən Qərb jurnalistləri toplaşıb. Prezident Vladimir Putin də ötən gün həmin poliqonda təlimləri izləyib. İnsidentin Putinin poliqona gəlişindən əvvəl baş verdiyi təxmin edilir. Rusiya Müdafiə Nazirliyi insident barədə məlumat yaymayıb.