
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
O, Leninin yolunu təkrarlaya və imperiyanı bərpa edə bilərmi?
Putin doğma şəhərində gəzintiyə çıxdı
Navalnayanın təzyiqi nəticə verdi
«Exo Moskva» radiostansiyasının baş redaktoru, məşhur jurnalist və radioaparıcı Aleksey Venediktov Zabaykalyedə keçirilən mediaforum zamanı yerli jurnalistlərə öz təcrübəsindən danışıb. Virtualaz.org xəbər verir ki, yerli «Zabaykalya fəhlələri» qəzetinə müsahibəsində Venediktov prezident Vladimir Putinlə müsahibəsini xatırlayıb. Bildirib ki, bu müsahibə onun həyatında ən gözəl epizodlardan biri idi.
Venediktov danışır: «Bu yaxınlarda mən Putindən müsahibə verməyi xahiş etdi. O, çox təəccübləndi və dedi: «Mən axı sənə 20 il əvvəl müsahibə vermişəm. Erməni tankları haqda. İyirmi il keçib, amma Putin bunu detalları ilə gözəl xatırlayır. Məsələ isə belə olmuşdu. 1990-cı illərin sonları idi. Elə dövr idi ki, maraqlı xəbərlər yox idi, efir isə boş qala bilməzi. Biz vurnuxaraq qonaqlar axtarırdıq ki, gəlib bizim studiyada danışsınlar.
Bu vaxt bizə xəbər gəldi ki, Rusiya prezidenti Boris Yeltsin öz administrasiyasının nəzarət-təftiş idarəsinin rəisi Vladimir Putinə utilizasiya üçün Murmanska göndərilmiş tankların Dağlıq Qarabağa necə gedib çıxdığını araşdırmağı tapşırıb. Mən dedim: «Gəlin bu adamı çağıraq. Nədir onun familiyası? Putin. Ona zəng vurun. Orada dəstəyi qəbul otağında qaldırırlar. Mən deyirəm: «Bilirsiniz, «Exo Moskva»dır, Aleksey Venediktov. Nəzarət idarəsinin rəisi ilə danışmaq olarmı?» Birləşdirirlər. Əhvalatı danışıram və deyirəm: «Siz bu məsələni şərh edə bilərsiniz?». O cavab verir: «Harada və nə vaxt?». Dedim ki, iki-üç saat sonra, bizim efirdə. O dedi: «Gəlirəm, amma sizə hər şeyi danışa bilmərəm».
Putin doğrudan da gəldi. Bizdə həmin efirin lent yazısı hələ də qalır, Putinlə fotomuz isə ofisdən asılıb. Mən haradasa bu əhvalatı unutmuşdum, Putin isə detalları ilə yadda saxlayır. Müntəzəm olaraq həmin o erməni tankları haqda xatırladır».
Xatırladaq ki, 1990-cı illərin sonlarında Rusiyadan Ermənistana qeyri-qanuni yollarla 1 milyard dollarlıq silah və hərbi texnika ötürülməsi faktı üzə çıxmışdı. Murmanska utilizasiyaya göndərilən və əvəzində Qarabağa gəlib çıxan tanklar da həmin silahların bir hissəsidir. Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev Ermənistana 1 milyard dollarlıq Rusiya silahlarının ötürülməsinə sərt münasibət bildirərək Moskvadan izahat tələb etmişdi. Yeltsin hakimiyyəti isə qalmaqalı yatırmaq üçün xüsusi komissiya yaratmışdı və bu komissiyaya general Lev Roxlin başçılıq edirdi. Sonradan Roxlin müəmmalı şəkildə öldü.