
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
Hafizəmizdən silinməyəcək mənzərə
... zəhərli siyasət
... Himn boyda adam
Azərbaycan və Rusiya liderləri – Vladimir Putin və İlham Əliyev bu gün Tehranda İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli görüşdən öncə söhbət etmək üçün görüş keçiriblər.
«Sizi bu dəfə Tehranda görməyimə çox şadam: biz mütəmadi olaraq görüşürük, telefonla danışırıq, daim əlaqədəyik – bu da təbiidir, çünki dövlətlərimiz arasında münasibətlər məxsusi xarakter daşıyır, bu strateji tərəfdaşlıq münasibətləridir», - İ.Əliyevlə görüşün əvvəlində V.Putin bildirib.Virtualaz.org-un «İnterfaks»a istinadən verdiyi xəbərə görə, Putin qeyd edib ki, münasibətlərin inkişafı naminə ikitərəfli səylər faydasız qalmır və buna misal kimi mal dövriyyəsini göstərmək olar: bu ilin ilk 9 ayında həmin göstərici az qala 62 faiz artıb.
«Biz başqa istiqamətlər üzrə də işləyirik, daim regional problemlər barədə məsləhətləşirik, sizinlə ikitərəfli formatda görüşməyə çox şadam», - V.Putin deyib.
Öz növbəsində, İlham Əliyev qeyd edib ki, hazırkı görüş bu il ilk belə görüş deyil və onların hər biri daha yaxşı nəticələrə gətirib çıxarır. «Biz münasibətlərin inkişafına yeni impuls veririk, şadıq ki, iqtisadi sahədə müəyyən mürəkkəb proseslərdən sonra mal dövriyyəsi artır», - İlham Əliyev deyib.
Onun sözlərinə görə, bu iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı marağının göstəricisidir.
«Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır, biz onları belə xarakterizə edirik. Bütün istiqamətlər üzrə əməkdaşlıq edirik: humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə. Buna görə də, bu dostların, qonşuların və yaxın tərəfdaşların tam dəyərli münasibətləridir», - İlham Əliyev vurğulayıb.
O həmçinin məmnuniyyət hissi ilə qeyd edib ki, bu gün keçiriləcək üçtərəfli görüş qlobal miqyaslı çox vacib hadisədir.
«Bu, dərin tarixi köklər və qarşılıqlı maraqlar əsasında qurulmuş tərəfdaşlıqdır ki, həmin dəstəyi üç ölkə beynəlxalq arenada nümayiş etdirir», - Azərbaycan lideri qeyd edib.
***
18:47
Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Bu barədə «AzərTAc» xəbər verib.