“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
11:32 | 13 dekabr 2017 | Çərşənbə
Məqaləyə 3348 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, oliqarx Vaqif Məmişov Fransada həbs olunan həmkarı- rusiyalı milyarder-oliqarx Süleyman Kərimovun müdafiəsinə qalxıb. Virtualaz.org xəbər verir ki, Məmişov rəsmi «Peterburqskiy dnevnik» qəzetinə müsahibəsində Fransa polisinin Kərimovu cinayətkar kimi həbs edib əllərini qandallamaqla və iki gün təcridxanada saxlamaqla onun hüquqlarını pozduğunu deyib.
Məmişovun müsahibəsi əslində 10 dekabr beynəlxalq insan haqları Gününə həsr edilmişdi. Lakin azərbaycanlı milyarder beynəlxalq insan haqlarını təkcə Kərimovun hüquqları üzərində qurub, onun diplomatik immunitetə malik olduğu halda həbs edilməsinin qanunsuz olduğunu bildirib.
«Kərimovun diplomatik pasportu var, o, immunitetə malikdir və başqa ölkənin ərazisində saxlanıla bilməz. Lakin bütün bunlara baxmayaraq onu Nitsa aeroportunda cinayətkar kimi saxlayıblar, iki gecə həbsxanada saxlanılıb, nəzarət altında»-azərbaycanlı milyarder hiddətlənib.
Vaqif Məmişov deyib ki, əgər müstəntiqlərin Kərimova sualları var idisə onu mədəni şəkildə istintaqa çağırmaq olardı. «Bəyəm müstəntiq onu təkcə dindirmək istəmirdi? Doğrudanmı senator özü müstəntiqin yanına gedə bilməzdi? Yaxud o elə sosial təhlükəli adamdır ki, həbsə atmaq və cəmiyyətdən təcrid etmək lazımdır?» - Məmişov bildirib.
Azərbaycanlı oliqarx əlavə edib ki, Süleyman Kərimovun müdafiəsi ilə bağlı Fransa prezidentinə məktub göndərib.
Dağıstanlı oliqarx Süleyman Kərimov bir neçə həftə əvvəl şəxsi təyyarəsində Nitsa aeroportuna enərkən saxlanılıb. Ona qarşı 450 milyon avro vergidən yayınma və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. İttihama əsasən Kərimov çamadanlarla nağd pulları Fransaya daşıyıb, yaxud offşor şirkətlər üzərindən ötürüb və bu pulları Lacivərdi sahillərdə bir neçə malikanə almağa sərf edib. Bu zaman mülklərin alış qiymətlərini dəfələrlə aşağı göstərərək 450 milyon avro vergi gizlədib.
Süleyman Kərimov Federasiya Şurasının üzvü olsa da həmin səfər zamanı diplomatik pasportu üzərində olmayıb, habelə Fransa tərəfi bildirib ki, Kərimov şəxsi məqsədlə Nittsaya gəldiyi üçün diplomatik immunitetə malik deyildi. Onun barəsində həbs qərarı daha sonra 45 milyon avro girov əvəzində ev dustaqlığı ilə əvəzlənib. Kərimovun Fransada həbsi Rusiya oliqarxlarını ciddi təşvişə salıb. Çünki onların əksəriyyətinin Avropa ölkələrində mülkləri, aktivləri var və Kərimovun aqibəti göstərir ki, Qərblə Rusiya arasında münasibətlərin gərgin olduğu bir vaxtda onların özlərinin və aktivlərinin toxunulmazlığına təminat yoxdur.