
PKK-nın silah qoyması
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
“Terörsüz Türkiyə” yeni geosiyasi mərhələnin başlanğıcıdır
Terror təşkilatının silah buraxma prosesi dəqiqəbədəqiqə
Qardaş ölkə yeni bir tarixi mərhələyə girir
Türk ordusunun 12 əsgəri şəhid olub
Federal Hökumət nə qərar verəcək?
Terror təşkilatın Almaniya qolunun idarəçisi həbs olunub
Beş terrorçu lider getdikləri yerdə həbs olunacaq
... Və yaxud, terrorçu hara, siyasət hara?
İmralının 26 illik sakinin sonrakı fəaliyyəti necə olacaq?
Terror təşkilatının dağılması, bölgə xalqının ümidləri və cavabsız suallar
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
Almaniya daha bir yüksək vəzifəli PKK üzvünü həbs edib
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri, ermənilərin uydurma soyqırım iddialarına qarşı elə onların öz taktikası ilə yorulmadan mübarizə aparan Göksəl Gülbey daha bir sensasion iddia ilə çıxış edib.
Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, ASİMDER başqanı Türkiyə ordusuna qarşı Suriyanın Afrin bölgəsində PYD/YPG yaraqlıları ilə birlikdə Ermənistandan gedən yezidi kürdlərinin də döyüşdüyünü bildirib.
Gülbeyin sözlərinə görə hər zaman terror təşkilatları ilə işbirliyi içərisində olan Ermənistan vaxtilə Suriyadan yezidi kürdləri və erməniləri daşıyıb Qarabağda yerləşdirmişdi. Digər tərəfdən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yaradılmış 12 təlim düşərgəsində PKK və onun İran qolu olan PJAK-ın 1750 yaraqlısı təlim keçirdi. ASİMDER başqanı iddia edir ki, Qarabağdakı PKK/PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gediblər.
«Onlar ABŞ-ın göndərdiyi silahları alaraq Türkiyə ordusuna qarşı döyüşməyə başlayacaqlar. Suriya erməniləri 1990-cı illərin əvvəllərində Qarabağa gedərək azərbaycanlılara qarşı soyqırımda iştirak ediblər. İndi onlar uydurma erməni soyqırımının qisasını Afrində türk ordusundan almaq üçün döyüşə girirlər», - Gülbey deyib.
Xatırladaq ki, ASİMDER başqanı bundan əvvəl də dəfələrlə Qarabağdakı PKK düşərgələri və yaraqlıları haqda danışıb, konkret adlar və rəqəmlər istifadə edib.