
Monakoda sürpriz olmadı
Poulu qazanan birinciliyi təmin etdi
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
Tsunodanın builki performansı çox şişirdilir
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Mən ehtimal etməzdim ki, hər şey məhz belə alınacaq. Valtteri çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan da çox sürətli idi, mənim, sadəcə, bəxtim gətirdi ki, finişə birinci çatdım”.
Bu sözləri 2018 Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi, “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton yarışdan dərhal sonra hisslərini bölüşərkən bildirib. O deyib ki, yarışdan sonra özünü qəribə hiss edir: “Mən özümü qəribə hiss edirəm, amma bu nəticəni qəbul edirəm. Bu gün mən bircə saniyə də olsa, təslim olmadım, daim hücum elədim, amma yarışı heç də ideal formada keçirmədim”.
Qeyd edək ki, Bakıdakı qələbə Hamiltonun karyreasındakı 63-cü qalibiyyət idi. O, rəqiblərinin çoxsaylı səhvlərindən yararlanaraq yarışın ən son dövrələrində önə çıxaraq Qran prinin qalibi ola bildi.
Xatırladaq ki, 2018-ci ildə keçirilmiş 4 Qran Pridən sonra pilotların mübarizəsində “Mersedes”dən Luis Hamilton (70 xal) liderdir. “Ferrari”nin pilotu Sebastiyan Fettel (66 xal) ikinci, “Ferrari”nin digər pilotu Kimi Raykkonen (48) isə üçüncü yerdədirlər.
Komanda hesabında isə “Ferrari” 114 xalla birinci, “Mercedes” 110 xalla ikinci, “Red Bul” isə 55 xalla üçüncüdür.