
İslam bu deyil
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
76 nəfər öldü
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
Pentaqon ABŞ-ın Əfqanıstandan çıxan zamanı baş verənləri hadisələri araşdırmağa başlayır
Talibandan qorxduğu üçün adı gizli saxlanılan qadın Əfqanıstana deportasiya edilə bilər
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Talibanın 90 min kameralı müşahidə şəbəkəsi qurdu, üztanıma sistemindən də istifadə edilir
... Yaxud xalqı 3 illik vergidən azad edən qənimət
Taliban tərəfindən bağlanan qadın radiostansiyası yenidən efirə çıxıb
Azərbaycan XIN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı ilə bağlı virtualaz.org-un sorğusunu cavablandırıb.
O bildirib ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və bu qrupda, Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
H.Hacıyev qeyd edib ki, 28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.
***
15:04
İyunun 28-də Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.
Diplomatik mənbələrdən APA-ya məlum olub ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq.
Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək.
“Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.