
“Davud dəhlizi” uğrunda mübarizə
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
Suriyanın Gürcüstandan birtərəfli qaydada müstəqilliklərini elan etmiş Abxaziya və Sxinval (Cənubi Osetiya) regionlarının suverenliyini rəsmi olaraq tanıması səbəbindən Gürcüstan hökuməti ölkənin hava məkanının Suriyanın “Syrian Air” və “Cham Wings” aviaşirkətlərinin təyyarələri üçün bağlandığını elan edib. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Bundan öncə, mayın 29-da Dəməşqin sözügedən hərəkətinə cavab olaraq rəsmi Tiflis Suriya ilə 1994-cü ilin may ayının 18-də qurulmuş diplomatik əlaqələrin kəsilməsi barədə bildirmişdi.
“Təsdiq edirəm ki, Gürcüstan iki Suriya aviaşirkəti üçün hava məkanını bağlayıb”, - bunu “Sakaeronaviqasiya” MMC-nin baş direktoru Qoça Mezvrişvili deyib.
“Reuters” əlavə edir ki, artıq iyun ayından başlayaraq, Suriya aviaşirkətləri Rusiya istiqamətində reysləri G3ürcüstan hava məkanından istifadə etməklə yerinə yetirmirlər. Təyyarələr Azərbaycanın üzərindən uçurlar ki. bu da uçuş müddətini təxminən yarım saat uzadır.
1990-cı illərin əvvəllərindən rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyaya nəzarəti itirib. 2008-ci ilin avqust müharibəsindən sonra isə bu ərazilərin müstəqilliyi Rusiya tərəfindən tanınıb və Gürcüstan rəsmi Moskva ilə diplomatik əlaqələri kəsib. Bu iki separatçı rejim sonradan Venesuela, Nikaraqua, Nauru, Tuvalu və Vanuatu tərəfindən tanınıb. Lakin bir müddət sonra sonuncu iki dövlət (Tuvalu və Vanuatu) Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.