Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:51 | 18 fevral 2014 | Çərşənbə axşamı
Məqaləyə 1750 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Həştərxan vilayətində iki azərbaycanlı qardaş yanğın baş verən binada iki azyaşlı körpəni xilas ediblər. APA-nın Rusiya bürosunun məlumatına görə, fevralın 17-də Leninsk rayonunun Dalniy küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib.
Bu zaman həmin binada yaşayan Orxan və Sərxan Məmmədovlar ikinci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olaraq, əvvəlcə yerdə sərxoş vəziyyətdə uzanan bir qadını mənzildən çıxarıblar. Həmin qadın onlara evdə iki azyaşlı uşağın olduğunu söyləyib. Məmmədov qardaşları yenidən yanğının davam etdiyi mənzilə girərək, iki azyaşlı körpəni xilas ediblər. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Mənzil isə tamamilə yanaraq kül olub.
Hadisə şahidlərinin bildirdiyinə görə, Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar.
Hadisə barədə danışan 23 yaşlı Orxan Məmmədov bildirib ki, yanğın baş verən zaman qardaşı ilə küçədə olub: «Mənzildən qara tüstünün çıxdığını gördük. Mənzili qatı duman bürüdüyündən, ora eyvandan daxil olduq. Eyvanın qapısını təpiklə sındırıb içəri daxil olanda yerdə bir qadın sərxoş vəziyyətdə uzanmışdı. Həmin qadını çölə çıxardıq. Bu zaman qadın gözlərini açdı və evdə iki azyaşlının olduğunu söylədi. Biz yenidən alovlar içində olan mənzilə daxil olub 4 və 5 yaşlı oğlan uşaqlarını xilas etdik. Azyaşlılardan biri həmin sərxoş qadının oğlu idi, digəri isə yanğın baş verən zaman evdə olmayan ev sahibinin. Alovlar içində olan mənzilə daxil olmaq mümkün deyildi. Tüstüdən adamın başı gicəllənirdi. Körpələr şok vəziyyətində idilər və qışqırırdılar. Əgər bir-iki dəqiqə geciksəydik, o zaman faciədən qaçmaq mümkün olmayacaqdı».
Qeyd edək ki, Yeni il ərəfəsində Həştərxan vilayətində mənzildə baş verən yanğın hadisəsi zamanı üç uşaq yanaraq ölüb. Hadisəyə səbəb isə valideynlərin səhlənkarlığı olub.