
Gürcüstan müxalifətinin batan səsi
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
Gürcüstanın Buqaşen qəsəbəsində erməni terrorçusu Mixail Avaqyana büst qoyulması Tiflis-Bakı münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edir. Gürcüstanın Azərbaycan üçün əhəmiyyəti, ölkələr arasında münasibətlərin strateji xarakteri barədə az-çox siyasi məsələlərlə maraqlanan hər kəs üçün aydındır. Azərbaycanın da Gürcüstan üçün önəmini xüsusi anlatmağa gərək yoxdur. Gürcüstanın Azərbaycana münasibətdə bir çox hallarda ərkəsöyün davrandığı da məlumdur.
Rəsmi Bakı hər zaman bu şıltaq manevrlərə dözümlü yanaşıb, istər Saakaşvili, istərsə də İvanişvili hakimiyyətlərində Tiflisin xahişlərini geri çevirməyib, hətta Gürcüstan vətəndaşı olan soydaşlarımızın da problemlərinin həllini zaman-zaman üzərinə götürüb. Onlara olan haqsızlığı xüsusi olaraq qabartmayıb və kulis danışıqlarına üstünlük verib. Yəni daha çox daha əlverişli sövdələşmə şərtləri əldə etmək üçün atılan addımlara göz yumub. Resursları və imkanları çox olan tərəfdaş kimi hara qədər bölüşmək mümkünsə, bölüşüb, güzəştə gedib. Bu güzəştlər faktiki olaraq ikitərəfli münasibətlərin ayrılmaz bir elementinə çevrilib və iqtisadi məsələlərdə Azərbaycan bir qayda olaraq Gürcüstan üçün yeni imkanlar yaratmaqdan çəkinməyib. Bir çox hallarda isə Gürcüstanın mənafeləri üçün riskə getməkdən belə çəkinməyib. Buna bariz nümunə kimi 2006-сı ildə Rusiyanın “Qazprom” şirkətinin Gürcüstana təbii qaz tədarükünü kəsən zaman prezident İlham Əliyev qonşu ölkəni təchizatını həyata keçirməkdən çəkinmədiyini göstərmək olar.
Azərbaycanın dəstəyi bölgədə Gürcüstana kənar təsirlərdən qorunmaqda yardım edir. Azərbaycan-Türkiyə-Gürcüstan hərbi-siyasi əməkdaşlıq formatı Tiflis üçün əlavə sığorta mexanizmləri yaradır. Türkiyə ilə Gürcüstan münasibətlərində Azərbaycan amili həlledici xarakterə malikdir və Tiflisə geosiyasi çəkişmələrdə tarazlıq yaratmaqda əsas dəstək verən dayaq kimi çıxış edir. Gürcüstan bütün bu dəstəyi həm də ona görə nail olub ki, Ermənistanla münasibətlərdə neytrallığı qorumağa çalışıb. Bütün bu dəstəyə və maddi yardımlara baxmayaraq Azərbaycan üçün xüsusi bir tərəfkeşlik edilməsə belə, Gürcüstan Ermənistanla münasibətlərdə bəlli bir məsafə saxlayıb. Yalnız bu amil Azərbaycana hər dəfə Gürcüstanın şıltaqlığına göz yummağa yetərli olub. Rəsmi Bakı heç artığını da tələb etməyib, buna xüsusi səy də göstərməyib. Gürcüstan üçün dilemma yaratmamağa çalışıb. Amma bütün bu məsələlərdə qırmızı xətt Gürcüstanın neytrallığını qoruması olub.
Erməni terrorçusu Mixail Avaqyana büst qoyulması isə artıq Azərbaycanın əvvəldən
bəlli olan və Gürcüstanın da qəbul etdiyi “qırmızı xətlərə” doğru addımlamaq
kimi dəyərləndirilə bilər. Hələ ki, kulis diplomatiyasına üstünlük verən rəsmi
Bakı təmkini qorumağa çalışır. Amma bu təmkinli mövqeyin hüdudları Gürcüstanın
münasibəti ilə ölçüləcək. Gürcüstan hökuməti və ictimaiyyəti bu hadisənin Azərbaycanda
doğurduğu reaksiyanı görməzdən gələ bilməzlər. Tiflisin neytral mövqeyinin
azacıq olsa belə ermənilərin nəfinə pozulması qəbul edilə bilməz. Bu strateji
müttəfiqlik şərtləri ilə bir araya sığmayan və Azərbaycana münasibətdə etimad
mühitini zədələyən, bu illər ərzində əldə olunan tərəfdaşlıq təcrübəsini zərbə
altında qoyan, yalnız gərginlik, geriləmə və nifaq yaradan addımdır.
Azərbaycan ictimaiyyəti, soydaşlarımız, rəsmi və qeyri-rəsmi diplomatiyamız ölkəmizin
bu mövqeyinin Tiflisdə tam aydınlığı ilə dərk olunmasına çalışmalıdır. Gürcülər
tam əmin olmalıdır ki, bu məsələlərdə güzəşt yoxdur və ola bilməz. Rəsmi Tiflis
Ermənistan və Azərbaycanla münasibətlərdə məsuliyyətini və Bakı ilə strateji
müttəfiqliyin gətirdiyi öhdəlikləri anlamalıdır. Bizim öhdəmizə isə bunu onlara
xatırlatmaq düşür. Hələ ki, xatırlatmaq... Eyni zamanda 1918-ci ildə Ermənistan-Gürcüstan
müharibəsini də xatırlatmağa, ermənilərin ərazi iddialarını da yada salmağa
ehtiyac yaranıb.