
Sərhədi 5 milyona yaxın insan keçib
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada sığınacaq müraciətləri azaldı
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Avropa yaxın gələcəkdə özünü müdafiə edə bilməyəcək
CDU-dan sosial yardım açıqlaması
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Ölkədə biotəhlükəsizlik həyəcanı verildi
Cəriməsi 50 min avrodur
Avropa mədəniyyəti deyildiyi kimi deyilmiş
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Avropada avtomobil sürərkən radar tətbiqi istifadə edənlər diqqətli olsun
Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilib.
Vaxt.az xəbər verir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.
Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.
Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.
* * *
Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.
Mitinq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) başlayıb və öz izdihamlılığı ilə seçilir. Lüksemburq meydanını dolduran azərbaycanlılar “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!”, “Biz Qarabağa qayıtmaq istəyirik!” tələbləri ilə Lüksemburq meydanına gəlib.
Bakı vaxtı ilə saat 17:00-19:00-da olacaq mitinqi hər kəs Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi “Facebook” səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı yayınlanıb.
Bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən daha çox paylaşsınlar. Bu həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur.