Qacarlar nəslinin məşhur davamçısı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
12:29 | 17 fevral 2022 | Cümə axşamı
Məqaləyə 914 dəfə baxılıb
Şriftin ölçüsü
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
29 yaşlı Ərfan Şükurzadə Evin həbsxanasından Qızılhasara köçürüldü
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ruzbeh Piri Təbriz Mərkəzi Həbsxanasından ailəsi ilə telefon əlaqəsi qurub. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Ruzbeh Piri ailəsi ilə qurduğu telefon əlaqəsində Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə yerləşdirildiyini deyib.
Günaz TV saytı bu barədə məlumat yayaraq, “15-ci bölmənin narkotlar və zorakı cinayətlərdən məhkumların saxlanıldığ bölmə” olduğunu qeyd edib. İran qanunlarına görə, həbsxanalarda məhbusların cinayətlərə görə ayrı bölmələrdə tutulması vurğulansa da, məhkəmələr bir çox vicdan və siyasi məhbusları təhlükəsizlik suçundan günahkar tanıyıb, digər məhbuslarla bir kateqoriyaya alır. Həbsxanalar isə bu məhkumları təhlükəsizlik məhbusu ünvanı altında digər zorakı cinayətlərdən məhkum olan şəxslərlə (manyak) bir bölmələrə (kameralar) yerləşdirir.
Fevralın 12-də təhlükəsizlik qüvvələri tərəfindən atası evində həbs edilən güneyli fəal daha öncə məhkəmə tərəfindən aldığı 3 il 8 ay həbs hökmünün tətbiq edilməsi üzrə həbsxanaya yerləşdirilib.
İlkin məhkəmə Rubeh Prini “hökumətə qarşı qruplara üzv olmaq” və “sistemə qarşı təbliğat aparmaq” ittihamlarından günahkar tanıyıb cəmi 6 il həbsə məhkum etmişdi. Apellyasiya Məhkəməsi son zamanlarda türk fəalın vəkilinə şifahi şəkildə cəzanın 3 il 8 aya endirildiyini bildirmişdi.
Ruzbeh Piri sabiq tələbə fəalıdır və dəfələrlə dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq dindirilib və məhkəmə tərəfindən fərqli cəzalara məhkum edilib.