
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
İran Azərbaycanının ən böyük iki şəhəri - Təbriz və Urmiyada çörəyin Ramazan ayının başlanması ilə bərabər bahalaşması narazılığa səbəb olub.
Mehr agentliyi bəzi çörəkçilərin qiymətləri özbaşına qaldırdığını yazıb.
“Təbrizdə çörəyin bahalaşmasına dair hələ bir xəbər eşidilməyib. Lakin buna baxmayaraq, bəzi çörəkçilərin çörəyin qiymətini özbaşına qaldırması və çörəkxanaların ara-sıra qapalı olması əhali arasında narazılığa səbəb olub,” Mehr agentliyi bildirib.
Agentliyin xəbərinə görə, “çörəyin qiymətinin sabit olmaması və bəzi çörəkçilərin un kvotalarını azad bazarda satması hazırda Təbrizin qarşı-qarşıya olduğu problemlərdən biridir.”
Urmiyada isə Çörəkçilər İttifaqının sədri Allahverdi Həsənzadə bəzi çörəkçilərdə çörəyin qiymətinin qalxdığını təsdiq edib.
“Urmiyada çörəyi təsdiq olunmuş tarifdən daha bahaya satan çörəkçilər qanunu pozurlar. Onlarla bağlı lazımi tədbir görüləcək”, Həsənzadə söyləyib.