
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Şərqi Azərbaycan Meteorologiya İdarəsi Təbrizin havasının həssas yaş qrupları və ürək və ya ağciyər xəstəliyi olan insanlar və hamilə qadınlar üçün təhlükəli vəziyyətə çatdığını bildirib. Rəsmilərin İRNA xəbər agentliyinə verdiyi açıqlamaya görə, Təbrizdə havanın çirklənməsinin səbəbi xaricdən gələn yerli toz-torpaqdır.
Təbrizin hava çirklənməsi indeksinin son 24 saat ərzində 103-ə yüksəldiyi bildirilir. Bu rəqəm isə həssas yaş qrupları üçün təhlükəli hesab olunur.
İran Azərbaycanının digər vilayəti olan Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində də havanın çirklənməsi səbəbilə həssas yaş qrupları üçün təhlükəli həddə çatdığı bildirilib.
Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Hazırda Urmiyada hava vəziyyəti həssas qruplar üçün 118 indeksi ilə qeyri-sağlam bir vəziyyətdədir. Beləliklə, Urmiyada havanın çirklənməsinin Təbrizdə daha da ağır vəziyyətə olduğu müşahidə edilir.
Urmiyada rəsmilər ürək və ağciyər xəstələrinin açıq havada fiziki fəaliyyətlərini azaltmalarını və vətəndaşlardan lüzumsuz olaraq evdən çıxmamalarını tələb edib.
Qərbi Azərbaycan vilayətinin digər şəhərlərində də havanın çirklənməsi təhlükəli həddədir. Rəsmilər xaricdən gələn lokal toz-torpağın mənbəyinin İraqın şimal hissəsinin olduğunu bildirirlər.
Son illər ərzində İran Azərbaycanın böyük şəhərləri, o cümlədən Təbriz və Urmiyada, havanın çirklənməsinin səviyyəsi yüksəlib, təhlükəli hala gələrək vətəndaşlar üçün qeyri-sağlam bir şərait yaradıb və onların sağlamlığını ciddi təhlükələrə məruz qoyub.
Təbrizdə elektrik stansiyası ilə neft emalı zavodunun fəaliyyəti, Urmiya gölünün quruması, bir çox sayda avtomobilin köhnə olması və bunlar kimi bir sıra digər səbəblərə görə ilin bir çox günlərində İran Azərbaycanının böyük şəhərlərində hava çirkliliyi qeyri-sağlam bir hal alır.