
Paşinyan vacib addımı
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Rəsmi Moskva bəyan edir ki, Paris və Vaşinqton ATƏT-in Minsk qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini almaq istəyir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu medianın sorğusuna cavabında deyib. ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasında yüksək diplomatik fəallığı artırdığı bir vaxtda Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya tərəfinə mexanizmin bərpası üçün müraciət ediblərmi? Zaxarova bu suala cavabında belə siqnalların daxil olmadığını, onları heç gözləmədiklərini deyib.
Zaxarova “yüksək diplomatik fəallığın” Vaşinqtonla Parisin Minsk qrupunun işini iflic etməsindən sonra artdığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib. O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də Minsk qrupunun ötən il təqdim etdiyi, humanitar problemlərin həlli, Bakı ilə İrəvan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb.
Brüsseldən bu ittihamlara hələlik, reaksiya verilməyib.
Aprelin 6-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlib. Görüşdə sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılığa gəlinib.
***
Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına görə Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.
Zaxarova Rusiyanın 10 noyabr, eləcə də 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş bəyanatlara sadiq olduğunu vurğulayıb. “Biz eyni zamanda tarixi dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri ilə bağlı olduğumuz Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına hər vasitəylə təsir göstərməkdə qətiyyətliyik”, – açıqlamada deyilir.
Bu açıqlamanın Paşinyanın Rusiyaya səfərindən sonra verilməsi diqqət çəkib.
***
Rusiya daha öncə də Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransanın onunla əməkdaşlıqdan imtina etdiyini bildirir.
Ancaq aprelin 11-də Minsk qrupunun fransalı həmsədri Bris Rökföy, aprelin 18-də isə ABŞ-dan Endrü Şofer İrəvanda səfərdə olub.
Rusiya Minsk qrupundakı həmsədr İqor Xovayevi Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılması məsələləri üzrə Rusiya Xarici işlər nazirinin xüsusi təmsilçisi təyin etdiyini açıqlayıb. Azərbaycanda media Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etsə də, ABŞ-dan bu haqda rəsmi açıqlama verilməyib.
Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, Azərbaycan bu münaqişəni özü həll etdiyindən "Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.