
Qələbə 95 faiz rəsmiləşib
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
Tsunodanın builki performansı çox şişirdilir
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Dünən nə yazmışdım? Ferstappen Lekleri tras üstündə iki dəfə keçib. Bu da onu psixoloji cəhətdən sarsacaq. O da oldu. Bu gün etdiyi lazımsız səhv idi. Üçüncü yer yaxşıdır. Trayektoriyadan kənar hər yer sudur. Quru təkərlə niyə yaş sahəyə çıxardırsan maşını? Buna görə də ilişmə itdi və spin. Podium getdi. 7 xal getdi. Çempionluq mübarizəsində qızıl xallar itdi. Ümumilikdə, Lekler çox vaxt yağışlı yarışlarda batırır.
Digər tərəfdə isə Karlos Sayns. Adam bəlanı üstünə çəkir. Dünən əla performans göstərmişdi. Bu yarış rahat 3-cü olardı. Amma yenə mənasız şeyə görə “out” oldu. Özü üçün də, “Ferrari” üçün də qızıl dəyərində xallar getdi.
Maks Ferstappen Leklerin keçən həftəki “GRand Slam”inə cavab verdir. Rahat yarışdı və qazandı. “Red Bull” bu gün istədiyi kimi yarışırdı. Özü də “Ferrari”yə uyğun trasda. “Red Bull” və Maks ciddi psixoloji üstünlük əldə edə bilər. Hələ etibarlılıq problemləri həll olunsa, “Red Bull”un növbəti çempionluğu xeyirli olsun.
Mövsümün əvvəlində demişdim ki, “Mercedes” “Bottas”la mübarizə aparacaq. Alonso dərhal paklanmalıdır. Dörd yarış – dörd problem. Belə bəxtsizlik olmaz.
Günün adamı isə Sebastyan Fetteldir. Daş arabası ilə xal aldı. Adam yağışda sürməyi bacarır. Xaosdan yaxşı qidalanır.
Lando Norris ardıcıl iki ildir İmolada podiuma çıxdı. MakLaren əyləc problemini gözlədiyimdən tez düzəltdi. Amma tələsmək olmaz. Yəqin ki, isti traslarda yenə o problem üzə çıxar.
Nə isə, “Ferrari” ev trasında yenə qələbəsiz qaldı. Bacarmadı…