Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:46 | 6 may 2022 | Cümə
Məqaləyə 1329 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Böyük Britaniyanın məşhur “The Guardian” nəşrinin yazdığına görə, Çin Qərbin sərt sanksiyalarına hazırlaşır. Pekin hesab edir ki, Qərb ölkələri Rusiya ilə əməkdaşlığına görə Çinə qarşı sanksiyalar tətbiq edəcəklər. Pekin bu məqsədlə Çin iqtisadiyyatının sanksiyalara müqavimət gücünü öyrənməyə başlayıb. Nəşrin yazdığına görə, Çinin müvafiq dövlət strukturları ölkənin bank sistemindən tutmuş müxtəlif şirkətlərə qədər təftişlər həyata keçirirlər.
Pekinin təftiş aparması həm də onunla əlaqədardır ki, Rusiya ilə əməkdaşlığa görə sanksiyalarla üzləşsələr, Qərbin təzyiqinə nə dərəcədə dözə biləcəklərini öyrənmək istəyirlər. Bundan başqa öyrənmək istəyirlər ki, Rusiya ilə tərəfdaşlıq Çinə nə qədər zərər verə bilər. Digər “Financial Times” nəşrində yayımlanan məqalədə, Çin rəsmilərinin iri bank rəhbərləriylə geniş müşavirə keçirdiyini yazılıb.
Narahatlıq üçün əsas var. Çünki ABŞ rəsmiləri Pekinin dəfələrlə xəbərdar ediblər ki, Rusiya ilə əməkdaşlıqdan imtina etməsələr, Vaşinqton Çinə qarşı sanksiyalar tətbiq edəcək. Pekin bu təhlükədən qurtulmaq istəyir. Ancaq Pekin tərəfdaşı Rusiya ilə əməkdaşlıqdan da vaz keçə bilmir. Doğrudur, Çin Rusiyadan neft alışını azaltmaq barədə düşünür, ancaq digər sahələrdə əməkdaşlıq davam edir. Çin rəsmiləri müxtəlif ekspertlərlə həm də ona görə görüşüb fikir mübadiləsi aparırlar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların xarakteristikasını özləri üçün müəyyənləşdirə bilsinlər.
Rusiya və Çin iqtisadiyyatları fərqlidir. Rusiya iqtisadiyyatı enerji daşıyıcılarının satışından asılıdır. Çin iqtisadiyyatı isə istehsal, ticarət və ixrac üzərində formalaşıb. Çinin Qərb ölkələri ilə ticarəti zəifləyərsə, məhsullarını ixrac etməkdə çətinliklərlə üzləşəcək, bu isə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir edəcək. Çin Rusiyadan fərqli olaraq dünya iqtisadiyyatına daha çox inteqrasiya olunub. Çinə qarşı sanksiyalar Qərb ölkələrinin özlərinə də mənfi təsir edəcək. Çinə qarşı sanksiyalar inflyasiyanın artımı, dolların kursunun aşağı düşməsi və məhsulların qiymətlərinin artımı ilə müşahidə olunacaq. Çinin “SWİFT” sistemindən uzaqlaşdırılmasının mənfi təsirləri hesablanmağa başlanıb. Pekin bu ehtimalı hesablayaraq paralel bank ödəmə sistemi üzərində çalışmalar həyata keçirir.