Paşinyanı rəzil edən adam ...
... Yaxud Mütəllibovun son xidməti
10:59 | 26 may 2022 | Cümə axşamı
Məqaləyə 1696 dəfə baxılıb
Şriftin ölçüsü
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Siyasi, iqtisadi, inzibati üstünlüklər
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Rusiya sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır. Bunu mayın 25-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib: “Biz dəfələrlə demişik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinə məsləhətçi dəstək verə bilərik”.
Zaxarova vurğulayıb ki, Rusiya “delimitasiya və keçmiş sovet məkanında sərhəd mübahisələrinin tənzimlənməsində unikal ekspert potensialına” malikdir.
Rusiya XİN-in nümayəndəsi xatırladıb ki, bu iş üçün Moskvanın ixtiyarında zəruri kartoqrafik materiallar var.
Zaxarova söhbətin hansı kartoqrafik materiallardan və ya xəritələrdən getdiyini açıqlamayıb.
O əlavə edib ki, “konsultativ dəstəyin göstərilməsi üçün Rusiya ekspertlərindən ibarət komanda artıq hazırdır”.
***
Mariya Zaxarova brifinq zamanı Avropa İttifaqı Şurasının bu istiqamətdəki fəaliyyətinə də toxunub və buna kifayət qədər əsəbi reaksiya verib:
“Bəli, biz Avropa İttifaqının yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatların (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatları – red.) həyata keçirilməsi prosesinə inadla girişmək səylərini görürük. Ümid edirik ki, Brüssel bu bəyanatların icrasına kömək edəcək, daha geosiyasi oyunlar oynamağa çalışmayacaq”.
Azərbaycan və Ermənistan arasında delimitasiya və sərhədin təhlükəsizliyi komissiyasına dair razılaşma Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilib.
Sərhəd komissiyalarının ilk görüşü iki ölkə baş nazirləri müavinlərinin başçılığı ilə mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko mayın 25-də deyib ki, komissiyaların ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.