
Pezeşkian vədini yerinə yetirəcəkmi?
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Urmiya gölündə ekoloji fəlakətlə bağlı Urmiya şəhərində keçirilən etiraz aksiyasından sonra fars-molla rejiminin təhlükəsizlik qüvvələri Təbriz, Urmiya, Sulduz (Nəğədə) və Qoşaçay (Miyandab) kimi müxtəlif şəhərlərdə bir neçə azərbaycanlı milli fəalı həbs edib.
İnsan Haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Ərk İnsan Haqları Cəmiyyəti həbs edilənlərin bəzilərinin adlarını açıqlayıb.
Təbriz şəhərində Xanım Həkimə Əhmədi, Həmid Purvəli, Yunis Mahmudi, Cəlal Dehqani, Yunis Quluzadə, İslam İmani, İbrahim Azəroğlu, Məhəmməd Mustafayi, Urmiyə şəhərində isə Huşəng Nağızadə və Mikayıl Qulipur, Rza Əkbərzadə, Sulduz (Nəğədə) şəhərində isə cənab Məsud Abbaszadə həbs edilərək təhlükəsizlik qurumlarının təcridxanasına köçürülüb.
Həmçinin Qərbi Azərbaycan vilayətində yerləşən Qoşaçay şəhərində cənab Cəlal Kudərilu, Mustafa Dövlətxah, Nadir Əmani, Vəli Zöhrabi və Nasir Hişməti təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Güney Azərbaycanın xəbər saytlarında dərc olunan xəbərə görə, bu gün, iyulun 17-də Urmiya sakinləri olan Mikayıl Qulipur və Huşəng Nağızadə şəhərin mərkəzi həbsxanasına köçürülüb.
İyulun 16-da bir həftə öncədən verilən çağırışdan sonra Urmiya şəhərində Urmiya gölünün quruması ilə bağlı yaranmış fəlakətli vəziyyətə etiraz olaraq aksiya keçirilib. Təbriz, Sulduz, Qoşaçay kimi digər şəhərlərdə isə təhlükəsizlik qüvvələrinin və polisin güclü müdaxiləsi nəticəsində etirazçılar sərt şəkildə dağıdılıb.