“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
18:14 | 13 oktyabr 2022 | Cümə axşamı
Məqaləyə 843 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Fransa Prezidentinin son çıxışı tamamilə populist yanaşmadır”. Bunu “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Parisin məqsədi Ermənistanla Azərbaycan arasında ziddiyyətlərdən istifadə edərək öz nüfuzunu artırmaqdır: “Fransa öz vasitəçilik missiyasını sual altına alır. Biz onsuz da bilirdik ki, Fransa ermənipərəst mövqedə dayanır. Ancaq Makron bu cür açıqlamaları ilə Fransanın səylərinin üstünə böyük bir xətt çəkdi. Fransayla postmünaqişə gündəmi ilə bağlı heç bir danışıqlar mümkün deyil.
Digər tərəfdən Fransa prezidenti Avropa İttifaqının səylərini, onun vasitəçiliyini şübhə altına alır. Bu qərəzli yanaşma ondan xəbər verir ki, rəsmi Paris burada öz geosiyasi məqsədlərini güdür və regionda heç də regiondakı proseslərin normallaşmasını istəmir.
Fransa əksinə Azərbaycanla Ermənistan arasındakı münasibətləri daha da mürəkkəb, daha da ziddiyyətli etmək niyyətindədir. Ona görə ki, Parisin məqsədi bu ziddiyyətlərdən istifadə edərək öz nüfuzunu artırmaqdır. Amma Fransa yanlış yol seçib. Fransanın səyləri heç bir nəticə verməyəcək.
Çünki onun qeyd etdiyi oyunçular, o cümlədən Azərbaycan və Türkiyə heç kəsə imkan verməyəcək ki, postmünaqişə dönəmində indiki reallığı kimsə dəyişsin. Onu Fransa da çox gözəl başa düşür. Makron bu gün hakimiyyətdədir, sabah gedəcək. Amma Azərbaycanın maraqları, Türkiyənin maraqları regionda daim qalacaq. Onu da yaxşı olardı ki, Fransa siyasi hakimiyyətinin nümayəndələri dərk etsinlər”.
Qeyd edək ki, Makron yerli televiziya kanalına müsahibəsi zamanı bildirib ki, Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir, çünki Ermənistan həmişə bu regionda universallıq, tolerantlıq, ruh, sülh forması uğrunda mübarizə aparıb.
Aparıcının “Biz artıq Ermənistanı “atırıq”? sualına isə Makron belə cavab verib: “Xeyr, heç də belə deyil, bir neçə gün əvvəl bütün gecəni bunun üzərində işlədim və sizə deyə bilərəm ki, biz onları tərk etməyəcəyik”.