
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Firəng padşahının məntiqindən yola çıxsaq, belə anlaşılardı ki, 44-cü ilin avqustunda rəhmətlik Şarl de Qoll bir dəstə fransız müqavimət əsgərləri və xarici müdaxiləçilərin dəstəyi ilə Parisi azad yox, əslində işğal edib. Əgər bir ölkənin işğal olunmuş öz ərazilərini azad etməsini bu adam işğal kimi qavrayırsa bunun ya tarix bir yana, adi hüquqdan xəbəri yoxdur, diletantdır, yaxud, Sabir demiş, “dini-imanı danıbdır, babdır” – yalançıdır, ya da sadəcə əbləhdir.
O məntiqlə yola bir az da davam eləsək, belə çıxır ki, sən demə 40-cı ildə Paris işğal yox, əslində azad olunubmuş... Sonra De Qoll və yoldaşları gəlib yenidən işğal ediblər.
Deyirəm bəlkə okkupasiya ilə deokkupasiya sözlərinin mənasını qarışdırıb? Adamdır də, bəlkə fikirli olub, dil sürüşməsi olub... Yoxsa nadanlıq bu dərəcədə yəni? Adamın heç inanmağı gəlmir, Fransa mədəniyyət yaratmış, inqilablar vətəni, çevrilişlər məskəni, dəcəlxata toplumların üsyankar ruhuna ilhamverici qaynaq olmuş, padşahı tutub əhli-əyalı ilə birlikdə edama yollamaq kimi “mütərəqqi” və “nəcib” bir siyasi ənənənin əsasını qoymuş, böyük və keşməkeşli bir tarixi olan ölkədir. Və onun başında gərəkdir ki, başı tamamən yerində olan biri qərar tuta. Ki, vaxtaşırı ondan bu sayaq axmaq və məruz fikirlər ortaya atılmaya.
Məsələn, mən bu qeyri-rəsmi başımla anlayıram ki, bu sayaq məntiq bir dövlət başçısının dilə gətirəcəyi ritorika deyil, bu tərz ifadələr dövlətin ən üst səviyyəsində qərar tutmuş şəxs üçün sadəcə iznli deyil. Ortada dövlətin rəsmi mövqeyi, xarici siyasət vektoru, doktrinası söz konusudur. Onu belə qeyri-ciddi, hoqqa mövzusuna çevirmək yaramaz. Bu tip naşı, məsuliyyətsiz bəyanatlar səsləndirmək, bir ölkəni heç bir hüquqi əsas və məhkəmə qərarı olmadan “işğalçı” adlandırmaq bütün beynəlxalq qanunlara, konvensiyalara tüpürmək, dünyanın gözü qarşısında yalan danışmaq, böhtan atmaq, tərəfkeşlik etmək, qeyri-obyektiv və qeyri-adekvat davranış sərgiləməkdir. Bu sərsəmləməni birincidən başqa hər kim desəydi yenə birtəhər anlamaq olardı ki, əşi bəd ayaqda bir təhər sivrilib vəziyyətdən çıxarlar, “dövlət rəsmisinin sözləri kontekstdən çıxarılıb-filan”la necəsə yola vermək olardı. Fəqət bilavasitə birincinin, dövlətin başçısının dilindən belə bir bəyanın səslənməsi çox ciddi diplomatik böhran yaradacaq.
Və demək olar ki, artıq konsequens (nəticə – Red.) də var. Azərbaycan dövlət başçısı Fransanın Ermənistan Azərbaycan münasibətlərinin nizama salınması prosesində iştirakını istisna edən bir fikir səsləndirdi. Dəqiq cümlə yadımda deyil, təxminən belə anlaşıldı ki, bundan sonra Fransanın sülh prosesində iştirakı mümkün olmayacaq. Al, bu da vasitəçilik roluna bir blok! Tərəfsizliyini qoruyub saxlaya bilmədin, buyur get dur tərəfini tutduğunun uduzmuş və labüd uduzacaqların sırasında.
“Ələndikcə zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” məsəli...
Gələcək məğlublar yavaş-yavaş sıralarını tuturlar.
O biri tərəfdən də Rusiyanı provokator kimi tövsif edib. Adam bir davranışla bir neçə qab-qaşıq salıb sındırıb.
Rusiya tərəfi də bu ritorikanın fransız dilində olsa da erməni beyninin məhsulu olduğunu bilməmiş deyil. Guya Ermənistana münasibətdə Rusiya və Azərbaycanın mövqeyi bənzərdir və davranışlarını razılaşdırıb, koordinasiya edirlər. Bu fikri dövriyyəyə buraxmaqla, guya erməni məsələsinə münasibətdə bir “Rusiya-Azərbaycan tandemi”, gizli işbirliyi var rəyini formalaşdırmaq, beləliklə də hazırda Rusiyaya olan mənfi münasibət axınını bir az da Azərbaycana tərəf yönəltmək, mövqelərimizi adımızı Rusiya ilə yanaşı hallandırmaqla zəiflətmək, bizi Rusiya ilə assosiasiya etmək, Ermənistanı da guya Rusiya ilə məcburiyyətdən, Azərbaycanın qorxusundan müttəfiqliyə razılaşmış, əslində vəziyyətin girovu statusuna soxmaq, gələcəkdə “Rusiyanın müttəfiqi” qınağından kənarlaşdırmaq üçün zəmin hazırlamaq məqsədi güdülür. Rusiya tərəfi də açıqca görür ki, Ermənistanın “gözü qıraqdadır”, yavaş-yavaş “o tərəfə” dreyf eləyir, aradakı məsafə getdikcə genişlənir, hələlik Zaxarovanın diliylə bir az narazılıq elədi ki, özünü yığışdır, biz olmadan heç bir razılaşma-filan söz konusu deyil. Bəlkə lap üst səviyyədə də barmaq silkələnib, bilmək olmaz...
Divar qurtarmaq üzrədir, iki stulda uzun-uzadı oturmaq mümkün deyil, qonşumuz “vse takie” ikisindən birini seçməlidir, ya onda ya bunda, qərar vaxtıdır.
Firəngin də dərdi erməni-zad deyil, bunlar hamısı gələcək siyasi alış-verişlər üçün qurbanlığı və qurban edəcəyi mövqeləri əhəmiyyətli etmək, dəyərə mindirmək üçün manevrlərdir. Bizim qonşuluqdakı başıboşlar tədavül moneti olduqlarının fərqində deyillər. Bununla neçənci dəfədir, eyni quyuya düşürlər. Bilərəkdən ki, yenə son anda ortada sahibsiz, ətrafıyla bütün körpüləri yandırmış şəkildə yalnız buraxılacaqlar, yenə də eyni avantüraya gedirlər, bədbəxtlər.
Fransız rusdan Afrikada qarşısına çıxmağından qaynaqlanan bir əsəbi var. Bir növü deyir, “orada sən mənə hərif olarsan, burada da mən sənə...”. Sonucda yəqin belə razılaşdırılacaq ki, “sən Afrika qitəsində mənim əl-ayağıma dolaşma, imkan ver o zavallıları soymaqda davam edim, Qafqaz tərəflərdən də mən çəkilərəm”. Fransanın Afrika siyasəti onun üçün ekstensial məsələdir, yoxsa Fransanın nəyi var, Afrika ölkələrindəki keçmiş koloniyalarından topladığı töycü olmasa xəzinəni nəylə doldursun?!
İndi tamaşa edək, bu günlərdə baş verəcək çöküşlərə, bizimlə ilgili konfiqurasiyaların necə təğyir tapmasına...
Qəşəng hadisələr baş verəcək...