
“McLaren” hər iki iddialıdır
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
8 podium, 5 qələbə, 2 het-trik – Oskarlıq pilot
... Yaxud “Formula 1”in ikiüzlü halqası
Oskar maşından maksimumu ala bildi
İsti hava, uzun yarış təkərlərin qənimidir
Şumaxerin avtomobili rekord qiymətə satılıb
Poulu qazanan birinciliyi təmin etdi
Qalibi pit-stoplarda həll müəyyənləşən Monako
... Yaxud xırda toxunuşun möcüzəsi
Rəqiblərin erkən pit stoplarına belə reaksiya verməyən komandanın planı var idi
bizi çılğın Avropa mövsümü gözləyəcək
... Sarı təkərlərlə ideala yaxın dövrə
Rassell sakit və səssiz öz işindədir
Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Builki yarışda maraqlı ənənən yaranıb
Yarışın adamı kimdir? Verstappen? Alonso? Yoxsa Vettel? Məncə, üçü də.
Verstappen bu gün mümkünsüzü bacardı. Pitdə gecikdi. Əsas rəqibi Leklerlə mübarizə apardı və keçdi. Sonra əzəli rəqibi Hamiltonu keçdi. Adam elə bil playstationda “Formula 1” oynayır. Hamiltonun prime vaxtlarında belə bu cür performansını görə bilməmişdik. Bu adam əfsanədir. Bu adam dahidir.
5 il əvvəl zəhləm gedən pilot idi, amma get-gedə simpatiyam artır ona qarşı. Bu insanüstü performansdır.
Diter Mateşiçi yad etmək üçün gözəl an oldu. .
Alonso o zərbədən sonra gəldi komanda yoldaşını keçdi və 7-ci oldu. Bu adamın 41 yaşı var və öz dövrünün qızıl oğlanlarından olan Okonu iki qatlayır. Fransalıların mənasız yerlibazlığına görə komandadan gedir. Gələn il komanda Okonun liderliyində olacaq. Düşüncəsi belə gülməlidir.
Sebastyan Fettel axır ki, “Aston Martin”lə lider getdi. Heyf bəxti gətirmədi, yoxsa indi “Aston Martin” “Alfa Romeo”nu keçirdi. Amma birincinin xal seriyası davam edir. Vettelin son dövrədəki hücumu da nəyə desəniz dəyərdi.
Dünən dediyim kimi bura “Mercedes” üçün son şans idi. “Red Bull” da Hamiltona kömək etdi. Buna rəğmən uda bilmədi. Hamilton lazım olsa, orada ön qanadını qırmalı idi, amma Verstappeni buraxmamalı idi. Ümumilikdə təkər seçimi səhv idi. İşləmədiyini gördülər də. Niyə onda israr etdilər?