
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Senatı əleyhimizə qətnamə qəbul edən Fransa İkinci Qarabağ müharibəsi zamanı da ikili standartlardan çıxış edərək işğalçı Ermənistana açıq dəstəyini nümayiş etdirirdi. Əslində rəsmi Paris o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu, bu gün Azərbaycanın ərazi bütövlüyünə təhdid olan qətnamənin qəbul edilməsi ilə də eyni addımı atmış oldu.
Amma dünyanın sonu deyil...
Çünki sözügedən qətnamədə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə (Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir) çağırış edilib. Bu isə o deməkdir ki, Fransa da müttəfiqi Ermənistan qədər öz imzasına hörmət qoymayan bir siyasi sistem mövcuddur. Çünki hələ Birini Qarabağ müharibəsi zamanı Azərbaycan əraziləri erməni işğalına məruz qalarkən BMT Təhlükəsizlik Şurasının bu işğalı pisləyən Qətnaməsinin altını imzalayan dövlətlərdən biri məhz rəsmi Paris oldu.
Bu faktın özü eyni zamanda maraqlı bir məqama diqqət yetirməmizə imkan yaradır: Qətnamədə qeyd edilən bir çox iddialar Senatda tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir. Xüsusən də orada “Dağlıq Qarabağ” adının keçdiyini və qondarma quruma müstəqilliyin verilməsi kimi iddiaların yer aldığını nəzərə alsaq, Fransa Sentaı anlamalı idi ki, ermənilərin, lobbisinin gözünə xoş görünmək üçün Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinə qarşı belə hərəkətlərə yol verməklə Bakının Parislə münasibətlərini ciddi zədələməkdən başqa heç nə əllərindən gəlməyəcək.
Qətnamənin mahiyyəti bölgədə Ermənistanla Azərbaycan arasında sülhü kökündən zədələmək və geridə qalan 2 il ərzində Fransasız əldə olunan Bakı ilə İrəvan arasındakı razılıqları deaktivləşdirməyə hesablanıb.
Bu qətnamədə ən gülünc məqam isə Senatın bunu “dayanıqlı sülhün təşviq edilməsi” ilə əlaqələndirmək cəhdi ilə bağlıdır. Bu Qətnamədə “dayanıqlı sülhün təşviq edilməsi” məsələsində ağız dolusu bəhs edilsə də mahiyyət tamamilə fərqlidir. Çünki “Dağlıq Qarabağ”a müstəqillik verilməsini istəməyin dayanıqlı sülhün təşviq edilməsi ifadəsi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Əgər bilmirsə, bir daha xatırladaq: Bir neçə gün öncə Prezident İlham Əliyev bu məsələni həm Ermənistana, həm də onun havadarlarına bir daha Elə Şuşadan xatırlatdı: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır”.
Bəli, hörmətsiz 295 müsyö və madamlar (Fransa Senatının səsvermədə iştirak edən 296 senatordan yalnız bir nəfər sənədin əleyhinə səs verib), bilmirsinizsə, bilin:
Qarabağ dağlı-aranlı tamamilə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları, təhlükəsizliyi də Azərbaycanın daxili məsələsidir. Bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Sizin etdiyiniz bu alçaqcasına qərar açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir.
Azərbaycan yaxşı bilir ki, 44 günlük savaşla Ermənistanın 30 illik işğalını sona çatdırmasını Fransa o gün-bu gün heç cürə həzm edə bilmir. Nəzərə alsaq ki, bu Fransa Avropa İttifaqının üzvüdür, o zaman belə bir ermənipərəst qərarın Senatında böyük səs çoxluğu ilə qəbul edilməsi Paris adına olduqca utancverici bir məqamdır.
Amma firənglər onu da unutmamalıdırlar ki, Fransa istədiyi qərarı təkbaşına verə bilməz. Çünki Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Avropa İttifaqının Azərbaycandan neft və qaz alışında maraqlı olduğunu Makron da gözəl bilir. (Milli.az)