
Durov Fransa kəşfiyyatını axmaq yerinə qoydu
“DGSE-nin rəhbəri Nikolas Lerner məndən seçkilərə müdaxilə etməyimi istədi”
“DGSE-nin rəhbəri Nikolas Lerner məndən seçkilərə müdaxilə etməyimi istədi”
Minlərlə sürücü təlim kursları özbaşınalığının girovuna çevrilib
Məktəbə gedən qızcığazı qaçırmağa cəhd etdilər
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Azərbaycanla bağlı həqiqəti deyənlər “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınır
Fransada hər 3 dəqiqədə bir uşaq zorlanır və ya cinsi istismar edilir
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Son 200 ildə halyarın Azərbaycanla təkbaşına savaşdıqları bir tək 44 gün olub. Bu günlərdə də total darmadağına uğrayıblar. Son 200 ildə rusların dəstəyilə Qafqaza gəldilər, dövlət qurdular, Zəngəzura, İrəvana sahibləndilər. İndi də fransızlardan istifadə etmək istəyirlər. Ancaq fransızların ruslar qədər təsiri yoxdur, əllərindən bəyanat verməkdən savayı bir iş gəlmir. Bu bəyanatlar daha çox təbliğat xarakteri daşıyır və Azərbaycanı gözdən salmağa xidmət edir.
Bu bəyanatı fransız hökuməti belə iqnor edir.
Fransa Senatının üzvləri əslində hay lobbisinin milyonlarına sahiblənməyə, ölkədəki hayların könlünü almağa çalışırlar. Çünki Fransadakı Türk diasporu sayca haylardan çox olsa da, fəaliyyətsizdir.
Fransada və digər Avropa ölkələrində yaşayan türklər əsasən paralel cəmiyyətlər qurublar, tam inteqrasiyanı inkar edirlər, parlament və bələdiyyə seçkilərini türklərin 80-90 faizi boykot edir. Ali təhsil alan yerli türklərin sayı çox azdır, onları daha çox restoran biznesində görmək olur.
Jurnalistləri, həkimləri, müəllimləri və digər sahələrdə çalışan adamları olan ermənilər seçimlərdə aktivdirlər. Bu üzdən Fransa Senatından 99 faiz dəstək alırlar. Sözsüz ki, bizimkilərin arasında da ali təhsilli həkimlər, müəllimlər var. Ancaq diaspora fəaliyyətindən uzaq dururlar, çünki Azərbaycanla əlaqə ya yoxdur, ya da çox zəifdir. Bu üzdən onların gücündən istifadə etmək mümkün olmur.
Hayların hər həftə toplandıqları kilsələrdə ianələr yığılır, bu pullar hesabına aktiv, savadlı, təhsilli şəxslərdən ibarət işçi qrupları yaradılır və bu işçi qrupları Senat üzvləri, jurnalistlər, siyasətçilərlə görüşüb Azərbaycana qarşı planlarını həyata keçirməyə çalışırlar.
Fransa cəmiyyətinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, separatizmi dəstəkləməsi bumeranq effekti verə bilər. Kipr böyüklükdə olan Korsika uzun müddətdir Fransadan ayrılmağa çalışır. Qondarma sarsaxın tanınacağı şəraitdə Korsikada da azadlıq dalğası güclənə bilər. Dilləri belə dövlət dili olmayan Korsikalıların etirazları son ildə daha da şiddətlənib. Etirazlar zamanı bir çox dövlət idarələri yandırılıb, aşırı şiddət göstərilib. Fransa hökuməti Senatın separatizmi dəstəkləməsini də məhz bu üzdən inkar edir və separatizmin Fransada genişlənə biləcəyindən ehtiyat edir.