
Durov Fransa kəşfiyyatını axmaq yerinə qoydu
“DGSE-nin rəhbəri Nikolas Lerner məndən seçkilərə müdaxilə etməyimi istədi”
“DGSE-nin rəhbəri Nikolas Lerner məndən seçkilərə müdaxilə etməyimi istədi”
Minlərlə sürücü təlim kursları özbaşınalığının girovuna çevrilib
Məktəbə gedən qızcığazı qaçırmağa cəhd etdilər
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Azərbaycanla bağlı həqiqəti deyənlər “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınır
Fransada hər 3 dəqiqədə bir uşaq zorlanır və ya cinsi istismar edilir
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Fransanın Milli Assambleyası 30 noyabr 2022-ci ildə Azərbaycan Respublikasına qarşı növbəti qərəzli siyasi aksiya təşkil edərək, əsilsiz qətnamə qəbul edib. Milli Assambleya 2020-ci ilin dekabrında da (“Erməni xalqının, Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnamə ilə) Azərbaycana qarşı qərəz və ədalətsiz yanaşma nümayiş etdirdi. Bu il (15 noyabr 2022-сi il) və iki il öncə, Fransa Senatı da beynəlxalq hüquq norma və prinsiplərinə sayğısızlıq edərək respublikamızın ərazi bütövlüyünü, suverenliyimizi hədəf aldı. Senatın və Milli Assambleyanın qərəzli, qeyri-obyektiv, ədalətsiz aktları Fransada qanunverici orqanların marginallaşdığını, öz ilkin mandatından saparaq açıq siyasi təxribatlar meydanına çevrildiyini göstərir.
Fransa Milli Assambleyasının qətnaməsi özünə hörmət qoyan heç bir qanunverici orqan tərəfindən qəbul edilməməli olduğu kimi, bizi də haqlı işimizdən, ədalətli yolumuzdan əsla döndərə bilməyəcək.
Biz fransız parlamentarilərin ədalətsiz mövqeyini, əsassız qətnaməsini qətiyyətlə rədd edir, onu heç bir şəkildə qəbul etmirik! Bu, növbəti siyasi riyakarlıqdan başqa bir şey deyil.
Fransa öz tarixinə baxıb utanmalı, öz gələcəyini də ədalətsizliklər üzərində qurmamalıdır.
Ermənistanın Azərbaycana qarşı uzun illər boyu davam etmiş işğalçılıq – danılmaz etnik təmizləmə siyasətini, 26 fevral – Xocalı Soyqırımını, 44 günlük müharibənin gedişində respublikamızın cəbhədən uzaq şəhərlərində mülki əhali və infrastrukturun qadağan olunmuş raketlərlə atəşə tutulmasını “unudaraq”, anti-Azərbaycan sənədini qəbul etmiş istənilən təsisat, qeyri-sağlam maraqların peşində olduğunu göstərir. – Ədalətli, obyektiv, qərəzdən uzaq qətnamə qəbul etmək istəyən hər hansı təsisat qeyd olunan həqiqətlərə, danılmaz faktlara, gerçəkliklərə göz yummamalıdır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa Birliyinin təsisçisi, NATO-nun qurucu üzvü və ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan Fransa məsuliyyətli olmağa ikiqat, dördqat borcludur.
Fransa işğal dönəmində Azərbaycan Respublikasının 9 şəhər, 300-dən artıq qəsəbə və kəndinin tamamən dağıdılması, ermənilərin bir neçə addımdan bir mina basdırmasını hesaba almırsa, elə bu özü müharibə cinayətinə ortaq olmaqdır.
Balaca bacısı Ermənistan 4000 nəfərə yaxın azərbaycanlının taleyi barədə, kütləvi məzarlıqların yeri haqqında bilgi vermədiyinə görə də Fransa məsuliyyətə ortaqdır (ən azı mənəvi məsuliyyət daşıyır).
Uzun sözün qısası,
Azərbaycan öz torpaqlarını işğaldan azad edib, Ermənistan və onun böyük bacısı Fransa kimi işğalçılıqla məşğul olmayıb. Bizi “müharibə cinayətləri” törətməkdə əsilsiz ittihamlarla haqq yolundan çəkindirməyə çalışan Fransanın tarixisə danılmaz, konkret müharibə cinayətləri, insanlıq əleyhinə suçlarla doludur.
Yaxın-uzaq coğrafiyalarda əllidən çox dövlətin qanuni ərazisini zorla işğal edən, başqa ölkələrin sərvətlərini talayan, xalqlara zülm edən, soyqırım aktları törədən Fransa sussa daha yaraşıqlı olar. Hər ədalətsiz qətnamə onu öz keçmişi ilə üzləşməyə daha da yaxınlaşdıracaq.
Haqq nazilər üzülməz!