İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:54 | 21 yanvar 2025 | Çərşənbə axşamı
Məqaləyə 839 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
2023-cü ildə İranda qondarma "casusluq" ittihamı ilə həbs edilmiş azərbaycanlı tələbə Fərid Səfərlinin qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılmasını molla rejiminə trolluq edən şəxslər tərəfindən "İran dövlətinin humanizmi, xoşməramlılıq nümunəsi" kimi təqdim olunması tamamilə absurddur.
İran gerçəkdən də xoşməramlı ölkə olsaydı, ümumiyyətlə, bu gənc soydaşımızı saxta ittihamlarla iki il dözülməz şərtlər altında saxlamazdı.
Molla rejimi ötən iki il ərzində bu gəncimizi rəsmən depressiya vəziyyətinə, intihar həddinə çatdırıb. Fəridin anasının mediaya verdiyi açıqlama da bu acı həqiqəti təsdiqləyir.
Fəridin anası Dilarə Əsgərova: “Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi” deyib. Oğlumun başına gətirilənlər haqqında bəlkə də bir kitab yazmaq olar. Onu heç bir aiddiyəti olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər. Oğlumu casusluqda təqsirləndirirmişlər. SEPAH Fəridin istintaqını apararkən, oğlum ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib. Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.
Hətta bu cür tükürpərdici açıqlamadan sonra da belə, bəzi trolların İranın “humanistliyi”ndən dəm vurmağı doğrudan da əsl tragikomediyadır. “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı”nı iddia edən iranpərəstlərin çox güman ki, ciddi məntiq, zəka problemi var.
P.S. Əsl həqiqətdə isə, Fərid Səfərli İran tərəfinin “humanizm amillər”indən çıxış etməsinə görə deyil və əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə ölkəmizə təhvil verilib. Hüquqi dildə isə buna “qarşılıqlı prosedur çərçivəsində mübadilə” deyilir. Ona görə də trolların oxuduqları “humanizm nəğmələri” İranla gerçək humanizm arasındakı böyük məsafəni heç cürə azalda bilmir.