
Çörəkdə ağır metal xəbərdarlığı
“İllərlə bədəndə qalır və yığılır”
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
14 illik araşdırma başa çatdı, nəticələr inanılmazdır
Xərçəngə qarşı qalxan yaradan qida
8 erkən xəbərdarlıq xəstəliyi müəyyən etməyə imkan verir
Heç bir günəş kremi tam qoruma təmin etmir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Radiasiyaya məruz qalan 100 min ada sakini və 2 min əsgərdə 23 növ xərçəng tapıldı
Baydenin gec diaqnoz qoyulan xəstəliyi gündəmdədir
Həkimlər 3 haqlı xəstəliyin əlaməti hesab edir
Son 20 ildə Almaniyada dəri xərçəngi xəstələrinin sayı kəskin artıb. İki gün əvvəl Visbaden Federal Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə 116 900 nəfər dəri xərçəngindən xəstəxanalarda müalicə alıb. Bu rəqəm 2003-cü illə müqayisədə 87,5 faiz çox xəstə deməkdir.
Açıq rəngli dəri xərçəngi xüsusilə güclü bir artım göstərib. 2003-cü ildən bəri xəstələrin sayı 41 900-dən 91 000-ə yüksəlib ki, bu da 117 faiz artım deməkdir. Qara dəri xərçəngində artım 26,9 faiz təşkil edib. 2023-cü ildə burada təxminən 26 000 stasionar xəstə müalicə olunub.
Rəqəmlərə görə, bütün stasionar xərçəng müalicələrinin 8,1 faizində dəri xərçəngi əsas diaqnoz olub. Bütün xərçəng müalicələri arasında dəri xərçəngi hallarının nisbəti 20 il ərzində təxminən iki dəfə artıb. Bu göstərici 2003-cü ildə 4,1 faiz təşkil edirdi.
***
Kişilər bu xəstəliyə qadınlara nisbətən daha tez-tez tutulur. Stasionar dəri xərçəngi hallarının 56,1 faizi kişilərin payına düşür. Ölənlərin sayı da artıb. 2023-cü ildə dəri xərçəngindən təqribən 4500 nəfər ölüb. Bu rəqəm 2003-cü ildə 2800 nəfər idi ki, indiki rəqəmlər 20 il əvvəlkindən 60,8 faiz çoxdur.
Keçən il dünyasını dəyişənlərin yarıdan çoxunun yaşı 80-dən yuxarı olanlar olub. Amma nisbi mənada ölüm riski 30-34 yaş arasında ən yüksək olub. Bu yaş qrupunda dəri xərçəngi yüzdə birində ölümə səbəb olduğu halda, bütün yaş qruplarında bu nisbət yüzdə 0,4-dür.